Ağıllı saat bazarında uzun müddətdir ki, hakimiyyəti əlində saxlayan Apple və ən böyük rəqibi Samsung, yeni bir rəqiblə mübarizə aparacaq.
Chip.az xəbər verir ki, müasir dünyanın texnologiya möcüzələrindən biri də ağıllı saatlardır. Xüsusilə Apple Watch və Samsung-un ağıllı saatları bazarın hakimi mövqeyindədir. Çinli istehsalçı Oppo, bu sahədə innovativ və iddialı bir dizaynla nəhəng rəqiblərinə meydan oxumağa hazırlaşır.
Opponun yeni paylaşdığı patentli ağıllı saat dizaynında ilk diqqət çəkən onun ekranıdır. Çəkilərək açılan bu ekran istifadə edilən sahəni iki qatına çıxarır. Oppo-nun bu dizaynı bu ayın əvvəllərində IBM tərəfindən hazırlanan dizaynı xatırladır.
Açıqlanan patentlərə görə ekranın böyüməsinə baxmayaraq, ekranın genişliyi sabit qalır. Qatlanan ekran saatın bir kənarında toplanır. Eyni zamanda ekranı açmaq üçün qüvvə tətbiq edəcəyiniz bir mexanizm var.
Bu məhsulu yaxın zamanda bazarda görməyimiz isə heç də mümkün deyil. Hələ qatlanan ekranların istehsalında belə çətinlik baş verərkən toplanan bir ekranı qısa müddətdə problemsiz şəkildə istifadəyə təqdim etmək çətin görünür. Yenə də sektorda qatlanan ekranlara yönəlik bir tələb var.
Nigar Həsənova