BMW, Avtonom elektrik enerjisi ilə işləyən nəqliyyat vasitə iNext üçün qeyri-adi sükan hazırladı.
Chip.az bildirir ki, BMW-nin 2021-ci ildə çıxacaq avtomobil modeli iNext-in sükanı qeyri-adi xarici görünüşü ilə diqqət çəkir. Avtonom sürüş rejimi ilə normal sürüş rejimi arasındakı keçidi asanlaşdırmaq üçün nizamlanan sükan, dizaynı ilə də rəğbət toplayır.
Belə ki, elektrik enerjisi ilə işləyən avtomobil bazarında varlığını hiss etdirən BMW-nin yeni nəqliyyat vasitəsi iNext-in bəzi təqdimat görüntüləri yayımlanıb. BMW-nin 2021-ci ildə bazara çıxaracağı iNext, yalnız BMW-nin elektrik enerjisi ilə işləyən avtomobillərinin gələcəyi deyil, eyni zamanda BMW-nin avtonom sürüş sisteminin admiral gəmisi olması özəlliyinə də malikdir. Bu səbəblə BMW, fərqli dizaynlı bir sükana ehtiyac olduğunu bildirir.
.jpg)
İNext-in sükanı, halqa, ənənəvi forma əvəzinə altıbucaqlı və ya ən müasir avtomobillərdə gördüyünüz düz dərinlikli dairə təkərləri xatırladır. BMW, bunların hamısının sürücü ilə avtomobilin vəd etdiyi avtomatik sürüş rejimi arasındakı rabitə və keçidi sadələşdirməyə yardımçı olduğunu iddia edir. Sükanın forması, sürücünün anidən nəzarəti ələ alması lazım olarsa, sükanı dərhal dərk etməsinə yardımçı olacaq bu şəkildə qurulub.
BMW, bu dizaynın digər sükanlara görə daha rahat istifadə təmin etdiyini də iddia edir. Həmçinin sükan halqasındakı işıqlar, rejimin nə etdiyini göstərmək və avtomobilin nəzarətini geri alması lazım olanda sürücünü xəbərdar etmək üçün sükana yerləşdirilib.
Sevinc Baba-zadə