iOS 12.4 yayımlandı!

  • 23 İyul 2019

Apple, 2018-ci ilin Sentyabr ayında istifadəçilərə təqdim etdiyi iOS 12 əməliyyat sisteminin dördüncü böyük yenilənməsi olan iOS 12.4 variantını yayımladı. Beləliklə də iOS 12.4 variantı iOS 12.3-ün yayımlanmasından iki ay sonra istifadəçilərə təqdim olunub.
 

Chip.az xəbər verir ki, iOS 12.4-ün gətirdiyi iPhone keçidi sayəsində məlumatları bir iPhone-dən digərinə kabelsiz olaraq köçürməyiniz mümkündür. Apple News + üzərində aparılan təkmilləşdirmələr sayəsində məzmunlar daha rahat görünür.

Apple News tətbiqində müəyyən edilən problemlərin aradan qaldırdığı iOS 12.4, Apple Watch istifadəçilərini sevindirib. Çünki watchOS 5 ilə istifadəyə verilən və daha sonra təhlükəsizlik açığı səbəbi ilə bağlanan Walkie-Talkie təkrar istifadəyə verilib.

Bununla da Apple Watch istifadəçiləri eynilə bir simsiz kimi bir-biriləri arasında səsli ünsiyyət qururlar. Bunun üçün bir-biri ilə danışmaq istəyən iki istifadəçinin dəvət göndərməsi kifayətdir.

Yenilənməyə iOS cihazlarda Qurğular - Ümumi - Yeniləmə menyusundan tanış ola bilərsiniz. Bununla yanaşı iPhone və ya iPadinizi kompüterinizə qoşduqdan sonra iTunes tətbiqini işlədərək yeniləyə bilərsiniz.

iOS 12.4 yenilənməsi gələn iPhone və iPad modelləri

– iPhone XS
– iPhone XS Max
– iPhone XR
– iPhone X
– iPhone 8
– iPhone 8 Plus
– iPhone 7
– iPhone 7 Plus
– iPhone 6s
– iPhone 6s Plus
– iPhone 6
– iPhone 6 Plus
– iPhone SE
– iPhone 5s
– 12.9 inç iPad Pro – 2. nesil
– 12.9 inç iPad Pro – 1. nesil
– 10.5 inç iPad Pro
– 9.7 inç iPad Pro
– iPad Air 2
– iPad Air
– iPad 5th generation
– iPad mini 4
– iPad mini 3
– iPad mini 2
– iPod touch – 6. nesil

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır