Toyota 2020 Tokio Olimpiya Oyunları üçün möhtəşəm robotlar istifadəyə buraxacaq

  • 23 İyul 2019
  • 58

Toyota, 2020 Tokio Olimpiya Oyunları üçün hazırladığı ağıllı robotlarını tanıtdı.

Chip.az bildirir ki, Tokioda baş tutacaq 2020 Yay Olimpiya Oyunlarına olduqca qısa bir zaman qalıb. Yapon avtomobil istehsalçısı Toyota, Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün inkişaf etdirdiyi robotlarını tanıtdı.

Toyota, olimpiadalara xüsusi olaraq inkişaf etdirdiyi 5 fərqli robot tanıtdı. Toyotanın robotları; Atletlərin avadanlıqlarını və çantalarını daşıyacaq, küçələrdə gəzib insanlara yemək paylanacaq, tədbir ərazisində tamaşaçılara məlumatlar verəcəklər.

Miraitowa və Someity

Bu 2 sevimli robot, olimpiadalar üçün talisman olaraq dizayn edilib. Gələn insanları qarşılayacaq, təbriklərdə iştirak edib, fotoşəkil çəkəcək olan bu robotlar kameralar və rəqəmsal sensorlu gözlərlə təchiz edilib. Miraitowa və Someity, insanlarla qarşılıqlı əlaqəyə girə və cavab verə biləcəklər. Həmçinin bu robotlar qollarını və ayaqlarını da hərəkət etdirə biləcəklər. Mərkəzdən əlavə digər şəhərlərdəki uşaqların da əylənə bilməsi üçün robotların bütün Yaponiyada paylanması düşünülür.

 THR-3:

THR-3, fərqli dizaynına baxmayaraq digər robotlarla bənzər xüsusiyyətlərə sahibdir. Bu insanabənzər robot, talisman robotlara görə bir az daha ciddi görünür, ancaq hərəkət qabiliyyəti baxımından yüksək potensiala malikdir. Toyota, THR-3 vasitəsilə idmançılarla qarşılıqlı əlaqəyə girməyəcək qədər uzaq mövqelərdəki digər qonaqlara unikal bir yol açır. Uzaq yerlərdən görüntü və səsləri çatdırmaqla yanaşı bu robotlar, istifadəçilərinə idmançıların hərəkətləri ilə bağlı geri dönüşlər edəcəklər.

T-TR1 (uzaq mövqe rabitə robotu):

T-TR1, ABŞ-da Toyota Araşdırma İnstitutu tərəfindən inkişaf etdirilən virtual bir mobilite robotudur. Başında bir kamera və gövdəsində də bir ekran ilə dizayn edilən robot, uzaq mövqedə yerləşən və olimpiadalarda iştirak etmək şansı olmayan adamların görünüşünü ekranına əks etdirərək insanın fiziki və psixoloji olaraq orada olmuş kimi hiss etməsini təmin edəcək. T-TR1, istifadəçilərinə real zamanlı olaraq idmançılarla və tamaşaçılarla söhbət etmək imkanını da təqdim edəcək.

 HSR (İnsan dəstək robotu) və DSR (Təslim dəstək robotu):

Olimpiya Stadionundakı oturacaqların bir qismi üçün Toyota, HSR vasitəsilə qonaqları yerlərinə istiqamətləndirəcək. Robot, qonaqların əyləşəcəyi yerlərinə qədər onlara müşayiət edib, çanta, hədiyyə olunan əşya və digər yüngül yüklərini daşımaqda köməkçi kimi insanların rahat əylənməsinə təmin edəcək.

Bundan başqa Tokio 2020 üçün xüsusi olaraq inkişaf etdirilən Toyota DSR, tamaşaçıların xüsusi bir monitordan sifariş etdiyi yeyəcək, içəcək kimi şeyləri bilavasitə təslim edəcək.

FSR (Meydança dəstək robotu):

Bu təkərli robot, fırlatma oyunları üçün dizayn edilib. FSRNİN məqsədi, nizə kimi şeyləri geri gətirmək; Atıldıqdan və qeydiyyata keçdikdən sonra ehtiyac duyduqları yerə geri aparmaq üçün mümkün olan ən yaxşı marşrutu istifadə etmək.

https://www.youtube.com/watch?v=fdPFndJMOEo

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

General Motors-un yeni modeli Corvette-nin satışa buraxlacağı tarix bəlli oldu

Chip.az bildirir ki, General MotorsCorvette-ni rəsmi şəkildə elan etdi. Avtomobil bu ilin 18 iyul tarixində alıcıların öhdəsinə bu

Tesla sükansız idarə olunacaq avtomobil modelini təqdim edib

Chip.az  xəbər verir ki,  “Tesla”nın  hazırladığı ağıllı və pilotsuz avtomobillər rəqiblərindən tamamilə fərqlənən modellərdir. Şirkət zəruri avadan

Tesla elektrikli avtomobillərdən imtina etdi

Tesla şirkətinin baş icraçı direktoru Elon Mask elektrikli avtomobil istehsalından imtina edildiyini açıqlayıb.

Chip.az Yenicag.az xəbər verir ki, şirkətin say

Avtomobillər, hamar olmayan yollarda ayaq açıb, yeriyəcək

Chip.az bildirir ki, Cənubi Koreyalı avtomobil istehsalçısı Hyundai-nin yeriyən maşın modeli Hyundai Elevate önümüzdəki həftə təqdim ediləcək.

BlackBerry avtonom avtomobillərin istehsalına 310 milyon dollar ayırıb

Chip.az bildirir ki, şirkət QNX platformasına 310 milyon dollardan artıq sərmayə yatıracağını açıqlayıb.

BlacBerry Limited avtomobil mərkə