Sofiyanı hazırlayan şirkətin 11 il əvvəl istehsal etdiyi İbn Sina robotu

  • 23 İyul 2019
  • 63

İnsana bənzər robot Sofiyanın davranışları bizlərə "dünyanı istila edən robotlar" ssenarisini bir daha xatırladır. Sofiyanın eyni şirkət tərəfindən istehsal olunan ilk insanabənzər robot olmadığı məlum olub. Sofiyanın sahibi Hanson Robotics 2008-ci ildə İbn Sina adlı bir robot daha istehsal edib.

Chip.az xəbər verir ki, Honq Konq mərkəzli texnologiya şirketi Hanson Robotics tərəfindən istehsal olunan və ilk olaraq 14 Fevral 2016-ci il tarixində aktiv hala gətirdiyi robot Sophia 50-dən çox üz ifadəsi ifadə bilməsi ilə uzun müddət gündəmdə qalmışdı. 
 
Eyni şirkətin Sofiyadan 8 il əvvəl, yəni 2008-ci ildə istehsal etdiyi robot İbn Sina isə çox danışılmayıb.

https://www.youtube.com/watch?v=IQUPVvaGQy4

Birləşmiş Ərəb Əmirlikləri Universitetində istehsal olunan və Esselâmu Aleyküm əmrilə aktifləştirilən robot İbn Sinanın alış-veriş mərkəzləri kimi yerlərdə insanlara yardım məqsədli istifadə ediləcəyi düşünülmüşdü.
 
11-ci əsr filosofu İbn Sinadan adını alan robotun üz tanıma, klassik Ərəb dili ilə dialoq qurmaq, internetə qoşulmaq və internetdən məlumat almaq kimi xüsusiyyətləri var idi. 

Salamlaşma zamanı baş toqquşdurmağa qarşılıq da verən İbn Sinanın təminatı,  Professor Nikolaos Mavridis rəhbərliyindəki bir qrup tərəfindən inkişaf etdirilmişdi.

Professor Mavridis etdiyi bir danışıqda bəzi şirkətlərin İbn Sinanı qeydiyyatçı kimi istifadə etmək üçün təklif etdiklərini deyib. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Spider-Man oyun dünyasına damğa vurur!

Sony-nin də bu yaradılan həyəcan üçün yeni məhsullar istehsal etməsi labüd olmağa başlamışdı.
Sony-nin yeni exclusive istehsalı dünyanı silkələməyə davam edir. Dünən

GTA 6 sızdırıldı ?

Rockstar Games şirkətinin məhşur GTA seriyası 5-ci oyun ilə birliktə satış rekordları qırmışdı. Və qeyd edək ki, hələ də

Bu həftə yayımlanan pulsuz oyunlar

Yaz tətilinin başlaması ilə telefonunuzda oynamaq üçün yeni oyun axtarırsınızsa, bu siyahı sizin üçündür.

Chip.az xəbər verir ki, bu h

Netflix istehsalı olan Roma adlı film, iki nominasiyada Qızıl Kürə Mükafatı qazandı

Chip.az bildirir ki, Alfonso Cuaron-nun yazıb, rəhbərlik etdiyi Roma filmi, 2018-ci ildə tənqidçilərdən ən yaxşı reaksiyaları alan f

Daniel Craig: James Bond rolunda qadın obrazlar da çəkilməlidir

Chip.az xəbər verir ki, Ceyms Bond film boyunca izləyicilərə qəhvəyi saçlarda, ağ dərili ingilis kişi obrazı olaraq təqdim olunub. Bununla da, “Ben Bond, James Bon