Huawei Mate 30 Pro iPhone-də belə olmayan kamera özəlliyinə sahib olacaq

  • 20 İyul 2019

Çin texnologiya şirkətinin bu il təqdim edəcəyi ən yüksək ağıllı telefonlardan biri olacaq Mate 30 Pro "cine-lens" adı verilən özəlliyə sahib kameraya malik olacaq.

Chip.az xəbər verir ki, Huawei-nin oktyabr ayında təqdimatını keçirəcəyi bu ilin ən yüksək seriyalı ağıllı telefonlarından biri olan Huawei Mate 30 Pro ilə bağlı müxtəlif məlumatlar çıxmağa davam edir. Telefonla bağlı ortaya çıxan ilk məlumatlar arasında üst tərəfdə yer alacaq boşluğun olduqca kiçik olduğu və ekranının çərçivəsiz olduğu görünürdü. Eyni zamanda telefonun kamerasının da olduqca təsirli olduğu deyilir.
 
Telefonun kamerası ilə bağlı olan ilk xəbərlər cihazın arxasında 4 ədəd kamera olacağı istiqamətindədir. Yeni iddialara görə Huawei kamerasına "cine-lens" adını verdiyi bir xüsusiyyəti inteqrasiya etməyi planlaşdırır. Bu xüsusiyyət istifadəçilərə peşəkar video işi aparanların istəyəcəyi keyfiyyətdə video çəkmə şansı təqdim edəcək.

Huawei 17 İyulda Avropa Birliyi Fikri Mülkiyyət Ofisinə (IPO), "Cine-Lens" və "Camera Matrix" adları üçün danışıqlar aparıb. Bu məlumatı ortaya çıxaran LetsGoDigital-ə görə bu tərz linzalar olduqca yüksək keyfiyyətdə videolar çəkə bilir. Problem də bu nöqtədə ortaya çıxır, çünki bu cür həqiqi kino linzaları olduqca bahalıdır. 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır