2020 Olimpiya oyunları üçün Toyota xüsusi avtobuslar istehsal etməyə başladı

  • 19 İyul 2019

Toyota Olimpiada üçün elektrik enerjisi ilə işləyən avtobuslar hazırlayır.

 

Chip.az bildirir ki, Toyota ötən il verdiyi açıqlamada, 2020 Tokio Olimpiya Oyunları zamanı "uçan avtomobillər" istifadə edərək nəqliyyat problemini həll edəcəklərini bildirmişdi. Ancaq uçan avtomobil istehsal etmək o qədər də asan deyil. Bu səbəbdən şirkət hazırda elektrik enerjisi ilə işləyən avtobuslar üzərində işləyir.

 

5 nəfərlik mini avtobuslar

Nəqliyyat vasitəsi avtobuslar 5 nəfəri daşıya biləcək. 15 km sürətə malik mini avtobuslar əlil arabasında olan sərnişinləri belə daşıya biləcək.

APM (Accessible People Mover) adını alacaq bu mini avtobuslarla həm tamaşaçılar, həm aktyorlar, həm də Olimpiya Stadionunun əməkdaşlarının daşınmasında istifadə olunacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər