Deadpool-un üçüncü filmi ilə bağlı şad xəbər

  • 19 İyul 2019

Filmin yaradıcıları Ryan Reynolds-un yaxın zamanda rola geri qayıdacağını deyir.

Chip.az xəbər verir ki, Deadpool seriyasının yaradıcısı Rob Liefeld Deadpoolun yaxın zamanda yenidən qarşımıza çıxacağını bildirib.    

Twitterda sual cavab edən Liefeld üçüncü film üçün "Mütləq olacaq! Yaxın zamanda!" deyib. Liefeld daha əvvəl də çox uğurlu olan markanın üçüncü filmini çəkmək istədiyini söyləmişdi. Rob Liefeld Deadpoolun yaradıcısı və rəsmlərini çəkən sənətkar kimi tanınır.   Liefeld daha əvvəl Deadpool 3 üçün söz verərkən, "Deadpool 3 bir yolla çəkiləcək. Bu mənim üçün bir dərd deyil. Disney, Fox üçün 60 milyard dollar ödəyib və Deadpool bu gün bazardakı ən dəyərli varlıqdır. X-Men filmlərindən daha çox qazanır" demişdi.

Ryan Reynolds isə studiyaların birləşməsindən sonra nə olacağını bilmədiyini  söyləmişdi. Deadpool 2-nin rejissoru olan David Leitch hər kəsin Deadpool 3-ü görmək istəyəcəyini, lakin müqavilədən sonra Marvel kainatının vəziyyətinə görə xarakterin gələcəyinin bəlli olacağını bildirmişdi.

Disney Fox birləşməsindən sonra R səviyyə filmlərə icazə verəcəyi və Ryan Reynoldsun dəyişilməyəcək yeganə oyunçu olacağı açıqlanmışdı.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır