PUBG-nin 4-cü sezonundan fraqment yayımlandı (Video)

  • 19 İyul 2019

Həyatda qalma oyunlarının önündə gələn PUBG-nin dördüncü mövsümü üçün bir təqdimat videosu yayımlanıb. Yayımlanan video Erangel adasının keçmişdə nələr yaşadığını göstərir və PUBG-nin film ilə əlaqəli olaraq hazırlanan ilk videosu adını qazanıb.

Chip.az xəbər verir ki,  son illərin populyar oyunlarından biri olan PUBG, bazara təqdim olunduğu zaman oyun sektorunu ələ keçirib. Bu oyundan sonra başqa şirkətlər həyatda qalma oyunları təqdim edərək böyük bir rəqabət mühiti yaratdılar. Fortnite ilə Apex Legends-ın bazara təqdim olunması maraq yaratsa da PUBG-nin məşhurluğu azalmadı.
 
 PUBG-nin dördüncü sezonu 24 iyulda başlayacaq. Oyunseverler yeni mövsümü həyəcanla gözləyərkən işirkət PUBG-nin bilinməyən hekayəsini ön plana çıxarmağı qarşısına məqsəd qoyaraq bir fraqment hazırlayaraq, 1965-ci ildən günümüzə qədər olan zamanda Erangeldə nələr baş verdiyini yayımlayıblar.

Populyar oyunun yayımlanan fraqmenti Erangel adasındakı kiçik bir uşağın yaşadıqlarını göstərir. Düşmən qüvvələrinin törətdiyi qırğından sonra ada tərk edilir və aradan uzun bir zaman keçdikdən sonra xarabalığa çevrilərək müxtəlif qarşıdurmalara səhnə olur. 

PUBG-nin dördüncü sezonunun fraqmentini izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=H6SKmGj_-f0

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır