GTA oyunlarına uzun zamandır gözlənilən yenilənmə gəlir

  • 19 İyul 2019

Rockstar GTA 5 oyunçularının uzun zamandır oyuna əlavə olunmasını gözlədikləri qumarxananın təqdimat fraqmentini yayımlanıb.

Chip.az xəbər verir ki, oyunçu kütləsini yüksək səviyyələrdə tutmağı bacaran GTA 5 önümüzdəki həftə oyunçuların sevinəcəyi bir yenilənmə alacaq. 23 İyulda gələcək yeniləmə ilə oyunçuların gözlədiyi Diamond Casino & Resort, GTA Online-nin bir hissəsi olacaq.
 
Oyun içi puldan çox qumarxanaya xüsusi olacaq pul vahidi "Çip" ilə üç kartlı poker iyirmi bir və qumar oynaya bilərsiniz. Bundan başqa oyunçuların qumarxanada olan mənzilləri  almaq imkanları da var. Qumarxanada iki üzvlük mərhələsi olacaq: Standart və VIP. Aktyorlar qumarxanadan bir mənzil aldıqda VIP üzvlüyə yüksələcəklər.

Qumarxanada şanslı çarx deyilən bir oyun da var. Aktyorlar bu çarxı döndərərək oyun içi pul, çip, geyim və açılış həftəsində  nümayiş etdiriləcək "Truffade Thrax" avtomobilini qazanmaq şansını əldə edəcək. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır