Məşhur mesajlaşma tətbiqi olan Whatsapp WABetaInfo-nun verdiyi məlumatlara görə yeni bir xüsusiyyət gətirməyə hazırlaşır. Bildirimlərdən mesajları görən istifadəçilər yaxın zamanda səsli mesajları da Whatsap-a girmədən dinləyə biləcəklər.
Chip.az xəbər verir ki, istifadəçilərin Whatsap-a girmədən gələn mesajları görməsinə imkan yaradan ön izləmə xüsusiyyəti səsli mesajları da Whatsap-a girmədən dinləmə məsələsi üzərində inkişaf etdirir. İnkişaf etdirilmiş bildirimlərin nə vaxt çıxacağına dair hər hansı bir məlumat olmasa da necə görünəcəyinə dair görüntü var.
WABetaInfo Twitter-dən paylaşdığı ekran görüntüsü ilə Whatsapp-a gələcək olan yeni bildirimləri göstərib. Hazırda hələ təkmilləşdirmə prosesində olan xüsusiyyətin iOS əməliyyat sistemində görüldüyü də qeyd olunub. WABetaInfo bu xüsusiyyətlə birlikdə Whatsapp istifadəçilərinin səsli mesajları bildirim panelində dinləyəcəklərini əlavə edib.
Həmçinin sentyabr yenilənməsində Whatsapp-ın qaranlıq rejimə keçəcəyi də bildirilib.
Eyni zamanda bu xüsusiyyet İphone istifadəçiləri üçün nəzərdə tutulub.
Nigar Həsənova