Rəsmi açıqlama: animasiya studiyasında baş verən yanğında 23 nəfər həyatını itirdi

  • 18 İyul 2019

Animasiya studiyasında baş verən yanğında 23 nəfər həyatını itirdi

Kioto Animation-da baş verən yanğınla bağlı açıqlama edən rəsmilər, ilk hesabatlarında 23 nəfərin həyatını itirdiyini bildirib.Vəziyyəti ağır olan yaralıların da olduğu açıqladılarnıb.

Chip.az bildirir ki, Səhər saatlarında Yaponiyada yanğın hadisəsi baş verib. Bu haqda öncə yayımladığımız xəbərdə məlumat verilmişdi. Ölkənin ən məhşur anime studiyalarından biri olan Kioto Animation-ın 41 yaşı olduğu bildirilən bir şəxs tərəfindən yandırıldığı bildirilib. Məsələ ilə bağlı araşdırmalar davam edərkən, rəsmilərdən gələn ilk açıqlama, ikinci bir kədər yaşatdı.

 

Full Metal Panic və Violet Evergarden kimi məhşur anime əsərlərinin hazırlandığı studiya, səhər saatlarında bir şəxsin əlindəki yanan mayeni binanın ətrafına tökərək oda verməsilə alovlara büründü. Onun "Ölün"! -deyərək qışqırdığı şahislər tərəfindən təsdiqlənib.

 

Alovların təsiri ilə böyük miqyasda maddi ziyanın meydana gəldiyi binada yanğın nəzarət altına alındığı bildirilib. Ancaq rəsmiləri tərəfindən verilən açıqlamaya görə, baş verən bu hadisədə ən azı 23 nəfər həyatını itirib. Onlarca insanın yaralı olduğu və bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Belə ki, araşdırma və nəzarətə alınan şəxsin sorğusu davam edir.

 

Qeyd edək ki, ABŞ mərkəzli bir anime şirkəti mövzu ilə bağlı Kioto Animation-a yardım kampaniyası başladıb. Sentai Filmworks adlı şirkətin başlatdığı bu yardım kampaniyası, qısa bir müddət ərzində dünya miqyasında səs salıb və 500 min dollarlıq yardım hədəfinin təxminən 200 min dolları toplanıb.

 

Ən azı 5 dollarlıq yardımın hesaba köçürülə bilinəcəyi bu kampaniyaya internet üzərindən çatmaq istəyirsinizsə, bura tıklayın.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır