Netflix-in abunə sayında diqqət çəkən azalma

  • 18 İyul 2019

Online serial və film platforması olan Netflix tarixində ilk dəfə abunə itkisi yaşayır.  Açıqlamalara görə Netflix 2019-ci ilin ikinci yarısında ABŞ-da 130 min abunəçisini itirib.

Chip.az xəbər verir ki, online film və serial platformalarından olan Netflix son illərdə ciddi bir istifadəçi sayına çatıb. Yayımladığıb serial və filmlərin bütün dünyada danışıldığı platforma bu gün 150 milyondan artıq istifadəçiyə sahibdir. Ancaq buna baxmayaraq tarixində ilk dəfə abunə itkisi yaşayır. 

Üstəlik Netflix-in yeganə problemi abunə sayındakı azalma deyil. Şirkət 2019-cu ilin ikinci yarısında gözlənildiyi qədər böyümədi. Açıqlamalara görə 2019-ci ilin ikinci rübündə Netflix  2.7 milyon abunə sayı qazanıb. Bu rəqəm əvvəlki rübdə təxminən 5 milyon idi.

Mövzu ilə əlaqədar olaraq səhmdarlarına məktub yazan şirkət abunə itkisinin bütün bölgələrdə olduğunu, ən çox azalmanın isə abunə qiymətinin artırıldığı bölgələrdə olduğunu bildirib. 2019-ci ilin ikinci rübündə gözlənilən inkişafın olmadığını açıqlayan Netflix üzvlərin azalmasının bazada hər hansı bir problem təşkil etmədiyini və işlərinə yönəldərək bu zərərin qarşısını alacaqlarını bildirib.

Netflix üçüncü rübdə 7 milyon abunəyə çatmağı planlaşdırır. Ötən ilə baxdıqda Netflix-in 6 milyon abunə qazandığı görünür. Şirkətin hədəfinə çatıb çatmayacağını isə sonrakı zamanda görəcəyik.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır