Xəstəliklərlə mübarizənin yeni üsulu - mini robotlar

  • 18 İyul 2019

Elm insanlarının inkişaf etdirdiyi robotlar, pyezoelektrik üsulundan istifadə edərək hərəkət edə bilir. Elm insanları bu robotların hərəkətinə nəzarət edərək insan bədəninə göndərilməsi və xəstəliklərin yaxşılaşdırılmasını niyyətindədirlər.

Chip.az xəbər verir ki, elm insanları xəstəliklərin müalicə edilməsi üçün yeni texnologiyalar axtarışındadılar. ABŞ-da yerləşən Georgia Texnologiya İnstitutu nəzdində fəaliyyətini davam etdirən elm insanları insan bədənində istifadə ediləcək kiçik robotlar inkişaf etdirdilər. Bu robotlar son dövrlərdə bir çox sahədə istifadə edilən üç ölçülü texnologiyaları istifadə edilməklə istehsal edilib və pyezoelektrik üsulu ilə işləyir.
 
Elm insanlarının inkişaf etdirdiyi bu robotlar 2 millimetr uzunluğunda və 5 milliqram ağırlığındadır. Bu kiçik formalarına baxmayaraq robotlar saniyədə 8 millimetr hərəkət etmə qabiliyyətinə malikdirlər.

Bu robotlar bədən içərisində rahat hərəkət edə bilsə də bu hərəkət sadəcə tək istiqamətli olur. Bu da elm insanlarının bu robotları istədikləri kimi istifadə etmələrinin qarşısını alır. Hazırda məqsəd bu robotları inkişaf etdirərək hər iki istiqamətdə hərəkətin bərpa olunmasını təmin etməkdir.
 
Əgər elm insanları məqsədlərinə çatsalar bu robotları bədən içərisinə göndərərək xəstəlikləri bu robotlar vasitəsi ilə müalicə edəcəklər.

https://www.youtube.com/watch?v=JgEnX7kADNE

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır