Instagram, yeni funksiyasını test etməyə başladı: İlk hansı ölkələrdə istifadəyə verildi?

  • 18 İyul 2019

Instagram-ın test etməyə başladığı yeni xüsusiyyət mübahisələrə səbəb olur. Postlardakı bəyənmə sayını gizlətməyi planlaşdıran Instagram, bu xüsusiyyəti 7 ölkədə test etməyə başladı.

Chip.az bildirir ki, dünyanın ən məhşur sosial media platformalarından bir olan Instagram, çox mübahisəli olan bir xüsusiyyəti test etməyə başladı. İlk dəfə olaraq Kanadada test edilən bu xüsusiyyətin miqyasını genişləndirən Instagram, paylaşılan postların bəyənmə sayını gizlətməyi düşünür.

Şirkət, bu mübahisəli xüsusiyyəti hələlik Avstraliya, Yeni Zelandiya, İrlandiya, Braziliya, Yaponiya İtaliyada test etməyə başladı. Sonrakı dövrlərdə bu xüsusiyyətin bütün istifadəçilərə təqdim edilməsi gözlənilir.

Bu xüsusiyyətlə yanaşı istifadəçilər, postlara olan bəyənmə saylarını yalnız özləri görəcəklər. Qeyd edək ki, həmin istifadəçilər, öz like saylarından başqa kimsənin like sayını görməyəcəklər.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər