S-400-ləri yaradan bu azərbaycanlıdır - FOTO

  • 18 İyul 2019
  • 113

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.

Bununla bağlı “Yeni Akit” material dərc edib.

Chip.az Oxu.az-a istinadən xəbər verir ki, məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.

Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:

“İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.

Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.

Xatırladaq ki, Türkiyə uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Ötən ilin 10 ən populyar smartfonu açıqlanıb

Chip.az xəbər verir ki, ilk onluğa “iPhone X” ilə yanaşı, daha 5 “Apple” qurğusu daxildir. Bunlar “iPhone 8” (2-ci yer), “iPhone 8 Plus” (3-cü), “iPhone

Çin hökuməti Wikipediaya girişi əngəllədi

Chip.az xəbər verir ki, bu dəfə giriş maneələrinin sərhədləri bir qədər genişlənib. Belə ki, ölkə daxilində bütün dillərdə xidmət göstərən “Wikipedia

Nvidia GTX 1660-ı satışa buraxdı

Chip.az bildirir ki, ABŞ-da fəaliyyət göstərən şirkət, GTX 1660 Ti-dən sonra GTX 1660 istehasal etdiyi haqda məlumat yayımladı.

5G, 2024-cü ildə 1,5 milyon insan tərəfindən istifadə olunacaq

Telekommunikasiya şirkəti  Ericsson-un çərşənbə axşamı yayımlanan  son hesabatlarına görə, 5G texnologiyasından  2024-cü ildə 1,5

Qidalardakı bakteriaları aşkarlayan kompüter proqramları təkmilləşdirilir

Chip.az bildirir ki, bu proqramlardan ən yenisi, Cornell Universitetinin araşdırmaçıları tərəfindən patogenlərin ola biləcəyi ən mümkün yerləri müəyyən edə bi