Animasiya studiyasında yanğın baş verdi: ölən və yaralananların olduğu bildirilir!

  • 18 İyul 2019
  • 78

Yaponiyada  yerləşən məşhur anime studiyası - Kioto animation-da yanğın baş verdi

Yaponiyanın aparıcı animasiya studiyalarından olan Kioto Animation, bu gün səhər saatlarında yanmağa başladı. Binanı yandırdığı düşünülən bir nəfər saxlanılıb.

Chip.az bildirr ki, Yaponiyada bir çox animasiya və anime layihəsi həyata keçirən, sahəsində ölkənin ən məhşur adları arasında yer alan Kioto Animation, bu gün səhər saatlarında yanmağa başladı. İlk məlumatlar, binanın kimliyi açıqlanmayan biri tərəfindən yandırılması istiqamətindədir.

Hadisə şahidlərinin ifadələrinə görə 40 yaşlarında olan şübhəli, binaya yandırıcı mayelər töküb və yanarkən görülüb. Hadisə şahidləri həmin şəxsin "Ölün"! -deyə qışqırdığını söyləyirlər. 41 yaşında və kişi olduğu deyilən şübhəli, iddialara görə, binanı yandırdığını qəbul edib.

Xəbərlərə görə, şirkətin 38 əməkdaşı, bəziləri ciddi olan yaralanmalar səbəbilə xəstəxanaya qaldırılıb. 9 insanın şüurunun qapalı olduğu iddia edilərkən, Kioto Shimbuna görə bir nəfər həyatını itirib. Kyotonews-in ingilisdilli versiyasına görə isə ilk yardım briqadaları, ən az 10 adamın həyatını itirdiyini söyləyirlər.

Yanğın, Kioto Animation-un 1 Saylı studiyalarında çıxıb. Şirkətin mərkəzi isə Kiotonun Uji City adlı bölgəsində yer alır. İki binanın arasında uzun bir məsafə yoxdur. Yaponiyada yayımlanan xəbərlərə görə hələ də binanın içində qalanlar var və 20 nəfərin aqibəti bilinmir.

Hadisə ilə bağlı çəkilən kadrlara aşağıdakı linkə tıklayaraq, izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=hy-Ds80P49s

Qeyd edək ki, Kioto Animation, xüsusilə Lucky Star, Melancholy of Haruhi Suzumiya, k-OH, Miss Kobayashis Draqun Maid, Free! Kimi animasiyaları tanınır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqli

Alimlər İlk dəfə elektronun həndəsi xəritəsini hazırlayıblar

Məlum olduğu kimi elektronların özlərinin xüsusi bir forması yoxdur. Onlar enerjisindən asılı olaraq şəkli dəyişən bir nöqtə və ya dalğa kimi davranırlar.

Hindistan su axtarmaq üçün Ayın cənub qütbünə robot göndərir

Dünyadan kənar torpaqları gedib araşdırmaq insanoğlunun xəyalıdır. Hindistan isə Ayda su tapmaq üçün əhəmiyyətli bir vəzifəni bu gecə həyata keçirib. Kosmosdakı plane

NASA Günəşin bu zamana qədər olan ən ləkəsiz fotoşəklini çekib

NASA-nın doğru anı tutaraq inanılmaz bir fotoya imza atıb. Ortaya çıxan foto Günəşin bu günə qədər çəkilən ən ləkəsiz fotoşəkillərindən biridir. Mövzu ilə bağlı

Google yemək sifariş xidmətini təqdim edir

“Google” onlayn ərzaq sifarişi funksiyasını aktivləşdirməyə  hazırlaşır.

Chip.az xəbər verir ki, sistem mövcud  “Google” xidmətlərinə

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

Mobil operatorun AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peş