Uşaqlar artıq astronavt yerinə youtuber olmağı üstün tuturlar.
Chip.az bildirir ki, uşaqların peşə seçimində üstünlüklərinin hansı istiqamətdə olması ilə bağlı araşdırma həyata keçirilib. Ən məhşur peşələri də özündə əks etdirən araşdırma sorğusuna artıq xüsusilə uşaqlar və gənclər tərəfindən üstünlük verilən bir peşə də daxil edilib. Nəticələr isə bir çox insanın gözləmədiyi şəkildə həmin peşənin xeyrinə dəyişib.
Zamanın dəyişməsi və texnologiyanın inkişafı ilə birlikdə seçim edilən peşələr də dəyişdi. Əvvəllər bir çox adam, xüsusən uşaqlar, gələcəyə yönəlik peşə xəyalları qurduğu zaman beyin cərrahı, kosmonavt kimi peşələrin seçimini edirdilərsə, indi bu tendensiyanın ciddi şəkildə dəyişdiyi ortaya çıxdı.
NASA-nın Ay-a çıxmasından düz 50 il keçir. Bu hadisə, bir çox gəncin gələcəkdə astronavt olması arzusuna səbəb olub. Təbii ki, bu, texnologiyanın bugünkü vəziyyətə gəlməsindən öncə baş verən bir hadisə idi. İndiki uşaqların idealı kimi gördüyü insanlar isə daha fərqli bir peşəylə məşğul olurlar.
Youtube
Texnologiyanın inkişafı ilə birlikdə peşələr də dəyişməyə başladı. Hətta müxtəlif peşələr də ortaya çıxdı. Bunlardan biri də youtuber adı verilən, məhşur video platforması Youtube-nin məzmun istehsalçılarıdır.
Youtuber
İstər oyun oynayarkən, istər musiqi dinlərkən, istərsə də makiyaj edərkən çəkilən saysız-hesabsız qola ayrılan müxtəlif istiqamətli videolar youtuber-lərə bir peşə adı altında müxtəlif bacarıqlarını nümayiş etdirmə imkan verir. Bu da gənclərin və uşaqların diqqətini çəkir. Həmçinin öz evində iş imkanı yarada bilmək bu peşənin ikinci müsbət cəhətini ortaya qoyur.
Çin, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarından 3.000 uşağın iştirak etdiyi sorğuda, 5 fərqli peşə arasından seçim etmələri tələb olunub. Birləşmiş Krallıq və ABŞ uşaqların böyük əksəriyyəti (Birləşmiş Krallıq 30%, ABŞ 29%) gələcəkdə vlogger, youtuber olmaq istədiklərini bildirib. Çindəki sayı nisbəti 18% olaraq müəyyənləşdirilib.
Kosmonavt
Kosmonavt olmaq istəyən uşaqların sayına nəzər salsaq, bu nisbət Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda 11% olaraq müəyyən olunarkən, Çindəki uşaqların 56%-i kosmonavt olmaq istədiklərini bildiriblər.
Hətta Çindəki uşaqlardan Dünya xaricində bir yerdə yaşayıb, yaşamayacaqları soruşulub. Uşaqların 96 %-i Dünyadan başqa həyat olacağunu və onların 95 %-i də getmək istədiklərini bildiriblər. Bu suala verilən cavablar Birləşmiş Krallıqda müvafiq 62% və 63% olaraq, ABŞ-da isə 66% və 68 % olaraq müəyyənləşib.
Sevinc Baba-zadə