DİQQƏT: Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək

  • 17 İyul 2019
  • 93

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi qadağandır

Chip.az Bakucity.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib. 

Müraciətdə qeyd edilib ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, DYP diqqətə çatdırır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Çox elektrik enerjisi sərf edən əşyalar - SİYAHI

Chip.az musavat.com-a istinadən xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, hansı ev əşyalarının daha çox enerji sərfiyyatına yol verməsi ilə bağlı a

NASA hər kəsi heyrətləndirəcək nəhəng "səma gözü"nün fotosunu paylaşıb.

Chip.Az bildirir ki, foto NASA-nın məşhur "Xabbl" teleskopunun kameralarından birinin köməyi ilə çəkilib.

Kadrlarda görünən nəhəng gözü xatırladan isə Yer kürəsindən t

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüte

WhatsApp qaranlıq rejim funksiyasını sildi

Chip.az xəbər verir ki, dünyanın ən populyar aktiv mesajlaşma proqramı olan “WhatsApp”ın müntəzəm olaraq mobil tətbiqə yeni xüsusiyyətlər əlavə edir. Məlum

Batareyaların Ömürləri Niyə Getdikcə Qısalır?

Əvvəllərdə bizi çox məmnun edən batareyalar, bir müddət sonra doldurma ömrü üzündən əziyyət çəkməmizə səbəb olurlar. Bəs batareyaların doldurma ömrü niyə davamlı olaraq