Təhlükəli ola biləcək drone - Throwflame TF-19 Wasp

  • 17 İyul 2019

Təsirli olduğu qədər təhlükə saçan drone: Throwflame TF-19 Wasp

Chip.az bildirir ki, Throwflame TF-19 Wasp adı ilə istehsal olunan bir drone, malik olduğu qabiliyyətləri və qiyməti ilə diqqətləri üzərinə çəkməyi bacarır.

Lakin, öncədən qeyd edək ki, bu drone, əvvəlkilərə heç bənzəmir. Təsirli, amma bir o qədər də təhlükəli olan bu drone-nin adı, Throwflame TF-19 Wasp-dır.

Bu drone, sabahdan satışa çıxarılacaq və parçalar halında satılacaq. Başlanğıc qiyməti 1.499 dollar olacaq və bu pul drone-nin havaya qalxması üçün yetərli olmayacaq. Əgər bu drone-ni bütün avadanlıqları ilə birlikdə uçurtmaq istəyirsinizsə, 2.600 dollar daha ödəniş edilməsi lazımdır. Lakin, batareya və mühərrik gücü növlərinə görə bu məbləğ dəyişəcəkdir.

Drone-nin xüsusiyyətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, bu drone ciddi mənada möhtəşəm bir quruluşa sahibdir. Ancaq, bu quruluş, böyük bir təhlükə ilə birlikdə gəlir.

 

 Qarşınızda Throwflame TF-19 Wasp

Bu drone ilk başda çox klassik görünür. Ancaq bu drone-nin digər drone-lərdən ayıran bir xüsusiyyəti var: Üzərində olan lava silahı. Lava silahları üzərində işlər aparan bir şirkət tərəfindən inkişaf etdirilən bu drone, təyin etdiyiniz hədəflərə alov atmağınıza imkan verir. Edilən açıqlamalara görə, bu drone, 100 saniyə ərzində fasiləsiz alov püskürür və 7 metrlik məsafəyə çatma gücünə sahibdir.

Şirkət bu drone-nin quru otların yandırılmasında və eşşək arılarının yuvalarının məhv edilməsində istifadə edilə biləcəyini deyir. Ancaq bu proseslər üçün üzərində lava silahı olan bir drone-nin lazım olub, olmaması mübahisə mövzusudur.

Throwflame TF-19 Wasp alov püskürtdükdə necə göründüyü ilə maraqlanırsınızsa, aşağıdakı linkə tıklayın:

https://www.youtube.com/watch?v=07rtBip9ixk

Drone, şirkətə görə məqbul səbəblərlə istifadə ediləcək olsa da fərqli məqsədlər üçün istifadə edildiyi təqdirdə böyük problemlərə yol aça bilər.

Sevinc Baba-zadə

Sizin bu drone haqqında düşüncələriniz nələrdir? Fikirlərinizi bizlərlə bölüşə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər