Çernobıl serialını izləyən faciə şahidi intihar etdi

  • 17 İyul 2019
  • 84

HBO-nun 6 hissəlik Çernobıl serialını izləyən keçmiş işçi, qızının verdiyi məlumatlara görə intihar edib.

Chip.az bildirir ki, Çernobıl seriyalı göz yaşlarıyla izləyən Nagashibay Zhusupov, növbəti dəfə bu faciənin gözlərində canlandırılmasına dözməyib və həyatına son verib.

1986-da baş verən Çernobıl Atom Elektrik Stansiyası faciəsinin təsirlər hələ də davam edir. Sovet hökumətinin parçalanmasının ardından bütün dünyanın haqqında daha detallı öyrəndiyi faciə, ən son HBO tərəfindən ekranlaşdırılan 6 bölümlük serial ilə gündəm oldu. Çəkimin reallığı o qədər yüksəkdir ki, faciəyə şahid olanları və olmayanları çox qəmləndirdi.

Həmin şəxslərdən biri də Çernobıl Atom Elektrik Stansiyasında xidmət göstərən Nagashibay Zhusupov-du. Serialı izlədikdən sonra xatirələri yenidən canlanan Zhusupov, faciənin ardından həyatda qalsa da serialı izlədikdən sonra həyatına son verdi.

 

 Çernobıl

Çernobıl Faciəsi zamanı beş uşağı və həyat yoldaşı ilə birlikdə ortada qalmışdı. Sovet hökumətinin faciə əlillərinə verdiyi mənzil xidməti tələbi rədd edilən Zhusupov, 10 il ərzində ailəsini yoxsulluq içində yaşadıb. Sovetlər hökuməti dağılanda Qazaxıstanın Semey bölgəsinə yerləşən qəhrəman, burada da bir nüvə test sahəsində çalışıb. Sovetlər Semipalatinsk Test Sahəsi kimi tanınan bu bölgədə, 450-dən artıq nüvə silahı təcrübəsi keçiriblər. Aparılan testlərin təsiri, elə Çernobıl Faciəsi qədər ifadə edilməlidir.

Zhusupov-un 25 yaşlı qızı Gaukhar, atasının serialı göz yaşları içərisində izlədiyini söyləyir. Qızının sözlərinə görə intahar hadisəsi serial bitəndən dərhal sonra baş verib. Qızı, "Bütün qurbanlarından sonra, rəsmilərin onu görməməzliyə gəlməsinə dözməyib, intihar etdiyini düşünürük" –deyə açıqlama verib.

Çernobıl Faciəsinin şahidi olan qəhrəmanlar, hazırda Postsovet ölkələri olan Ukrayna, Belarus, Rusiya və Qazaxıstanda hələ də qarşılaşdıqları ədalətsizlik son tapmayan adlara ev sahibliyi edir. Zhusupov-da da digər facxiə əlillərində görünən baş ağrısı, baş dönməsi hadisələri müşahidə olunurdu. Onun Qazaxıstan hökumətindən aldığı pensiya isə həftəlik 35 funt-sterlinq, yəni sadəcə 74 azn təşkil edir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

LG-nin Yeni Telefonu Q9-un Xüsusiyyətləri Bəlli Oldu


LG-in növbəti ağıllı telefonu olacaq olan Q9a dair ilk məlumatlar sızdırıldı. Həyata keçirdiyi sızıntı xəbərlər ilə adını eşitdirən Madsimar tərəfindən Twitterda

Huawei Mate 30 Pro-nun ekran dizaynı yayımlandı

Bir müddətdir ki,  gündəmə gələn Huawei Mate 30 Pro bu dəfə də ekran paneli ilə ortaya çıxdı. Yayımlanan şəklə görə Mate 30 Pro olduqca böyük bir girinti ilə gəlir.

Huawei Direktoru: Qatlana bilən telefonlar kompüterlərin yerini ala bilər

Şirkət bu barədəki planları ilə bağlı məlumatlarını paylaşmaqdan da geri qalmır. Çinli istehsalçı, IFA 2018 dövründə bükülən bir telefon çıxarmağa hazırlaşdığını bi

İos 12: Fotoşəkillər tətbiq olunmasındakı yeniliklər nələrdir?

Bu səbəbdən çəkilən fotoşəkillərin göründüyü və təşkil edilmiş şəkildə saxlandığı qalereya uygulamaları da böyük əhəmiyyətə malikdir. Apple-ın Fotolar adlı tətbiq

Gecə rejimi Samsung Galaxy S9 və Note9 kameralarında çökməyə səbəb olur

Samsung-un populyar modellərindən Galaxy S9 və Galaxy Note9 istifadəçiləri kameralarında olan gecə rejimi xüsusiyyətini istifadə edə bilmir. Bir çox istifadəçinin kamera tə