NASA Günəşin bu zamana qədər olan ən ləkəsiz fotoşəklini çekib

  • 17 İyul 2019

NASA-nın doğru anı tutaraq inanılmaz bir fotoya imza atıb. Ortaya çıxan foto Günəşin bu günə qədər çəkilən ən ləkəsiz fotoşəkillərindən biridir. Mövzu ilə bağlı NASA bəyanatlar verərək Günəşin səthinin niyə ləkəsiz olduğunu dedi.

Chip.az xəbər verir ki, NASA Beynəlxalq Kosmik Stansiya (ISS) ilə Günəşin qarşı-qarşıya qaldığı zaman çəkilmiş parlaq bir fotoşəkil dərc edib. Rainee Colacurcio tərəfindən çəkilmiş şəkillə bağlı NASA-nın açıqlamaları belədir:

"Günəşlə qarşı-qarşıya qalmaq ISS üçün qeyri-adi hal deyil. Çünki stansiya 90 dəqiqədə dünyanın ətrafında turunu tamamlayır. Qarşılaşma zamanı isə doğru avadanlıqlara sahib olaraq bu fotoşəkilin çəkilməsi nadir vəziyyətdir. Şəkil iki şəklin bir araya gətirilməsindən yaradılıb. Bu fotolardan biri ISS Günəşin qarşısında çəkilən fotoşəkil, digəri isə Günəş səthinin şəkildir".

Fotoşəkildə Günəş ləkəsiz olduğu üçün maraq yaradıb. NASA bu məsələ ilə bağlı olaraq hazırda Günəşin içində olan Solar Minimum səbəbindən Günəş ləkələrinin olduqca nadir ortaya çıxdığını söylədi.
 
Solar Minimum 11 il davam edən "Günəş dövriyyəsi" daxilində ən aşağı fəallıq nisbətinə sahib mərhələdir.  Ən yüksək fəallığa malik olan Solar Maximum mərhələsi baş verdiyi zaman isə dünyada gözlə görüləcək dəyişikliklər baş verir. Bu dəyişikliklərdən bəziləri pozulan radio siqnalları və avrora adı verilən göy üzündə görünən işıqlardır. Hətta Günəşin təsiri kifayət qədər güclü olarsa, Dünyadakı elektrik şəbəkələrinə də təsir edə bilər. 

Solar Maximum mərhələsindəki Günəşin təsirləri olduqca dağıdıcı olduğu üçün elm insanları da solar fəallıqları müşahidə etmək üçün əllərindən gələni edirlər. Bu arada ISS astronavtları Günəşdəki solar fəaliyyətlər səbəbi ilə bir problem yaşamayacaqlar və hətta şimal işıqları kimi tanınan avroraları görmə şanslarına da sahib olacaqlar.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır