Bu avtomobillər 3 min manatdan satışa çıxarılacaq - HƏRRAC

  • 16 İyul 2019
  • 155

14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri keçiriləcək. Komitədən Avtosfer.az-a verilən məlumata görə, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb.

Chip.az Avtosfer.az saytına istinadən xəbər verir ki, bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv.m ilə 3 min 312 kv.m intervalındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629.9 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27.9 kv.m-dir. Bu dövlət əmlakı investor tərəfindən ofis və ya xidmət obyekti kimi istifadə oluna bilər.

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

 

“Mitsubishi”, “Fiat” və “Nissan” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Huawei yeni əməliyyat sistemini təqdim etməyə hazırlaşır

Çin texnologiya nəhəngi Huaweidən ABŞ əməliyyat sistemi Androidin təqdim edəcəyi HongMengOSun artıq istifadəyə hazır olduğunu bildirib.

Chip.az

Günə 1000 dollar qazanan youtuber: Makenna Kelly

YouTube təkcə böyüklər üçün deyil, gənclər və hətta uşaqlar üçün də bir iş platformasına çevrilib.

Chip.az bildirir ki, ASMR videoları ilə maraq oya

Ən bahalı haker xidməti hansıdır?

Bankomatlar üçün zərərli proqram təminatının yaradılması “gizli” internetdə ən bahalı haker xidmətidir.

Chip.az xəbər

Nəhəng texnologiya şirkətlərinin bir-birindən əyləncəli 1aprel zarafatları

Chip.az həmin paylaşımları sizə təqdim edir:

  • OnePlus Warp Car