Mobil proqram depressiyanı telefon söhbətləri əsasında aşkar edəcək

  • 16 İyul 2019

Alimlər süni intellektdən istifadə edərək, pasiyentin səsinə görə depressiyanın diaqnostikası metodunu hazırlayıblar. Kanadanın Alberta Universitetinin mühəndisləri bildiriblər ki, səsin tembri özündə insanın əhval-ruhiyyəsi haqqında informasiyanı ehtiva edir.

meddaily.ru saytının məlumatına görə, sınaqlar zamanı insanlar səs nümunələrini toplayan mobil proqramdan istifadə ediblər. Fon rejimində işləyən proqram əhval-ruhiyyə, xüsusilə depressiyanın mövcudluğu haqqında məlumat verən markerləri effektiv tanıyıb və izləyib.

Hələ ki, mükəmməl olmayan yeni texnologiya gələcəkdə pasiyentlərə və ya tibbi personala insanları düzgün müalicə etməyə kömək edəcək. Ekspertlər xatırladırlar ki, depressiya əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bundan başqa, depressiya vəziyyətində olan bir çox insanlar intihar edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır