1 milyondan çox insanın gedəcəyi 51-ci bölgə basqını canlı yayımlanacaq

  • 16 İyul 2019

51-ci bölgəni istila etmək üçün toplanan şəxslərin sayı 1 milyon 200 min nəfəri keçib. 1 milyon nəfər də bu tədbirə qatılmağı düşünür. Hazırda bu hadisələrin zarafat olduğunu düşünsək də hadisə zamanı ora getmək lazım olmayacaq, çünki, Area15 adlı bir Facebook səhifəsi, tədbiri canlı yayımlayacağını qeyd edib.

Chip.az xəbər verir ki,  bir neçə gündür dünyanın gündəminə oturan 51-ci bölgə istilası tədbirinə yeni insanlar qoşulur. Həqiqətən tədbirə qatılacaq qədər intihara meylli insanların olub olmadığı barədə əmin olmasaq da hamımızın istədiyi bir şey 20 Sentyabr tarixində orada nə olacağını görməkdir.

Tədbiri həqiqətən görmək istəyən ancaq Nevadaya getmək istəməyən və ya getməyən insanlar üçün yaxşı xəbər Area15ten gəldi. Tədbiri canlı olaraq yayımlamaq istədiklərini bildirən Area15 Facebook üzərində bəyanat verib:

"Bəli. 51-ci bölgənin istilası zamanı nələr olacağını bizə də maraqlıdır. Area15 olaraq tədbir zamanı canlı yayım açacağıq. Təbii ki, kostyum və dəmir şapka zərurəti var".

Hazırda təxminən 1 milyon 200 min nəfərin iştirak edəcəyi və 1 milyon nəfərin də qatılmağı düşündüyü tədbir müəyyən bir yerə qədər zarafat kimi qəbul edilsə də  sual işarəsini də yaradır. Bu sual işarələrini aradan qaldırmaq üçün Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin əməkdaşı Laura Mcandrews etdiyi bir açıqlamada bu ifadələri işlətmişdi:

51-ci  bölgə ABŞ Hava Qüvvələri üçün açıq təlim sahəsidir və Amerika silahlı qüvvələrini təlimlərini etdiyimiz sahəyə hər hansı birinin gəlməməsini təklif edirik. ABŞ Hərbi Hava Qüvvələri, Amerika və onun varlıqlarını qorumaq məsələsində daim hazırdır".

Bu açıqlama ilə yanaşı əvvəllər 51-ci bölgədə işləyən Bob Lazar da insanları 51-ci bölgəyə getməməsi barədə xəbərdarlıq edib. Lazar Instagramdaki paylaşımında bu ifadələri işlədib:
 
''Orada yadplanetli  ya da yadplanetli texnologiyası yoxdur. Bir zamanlar yadplanetlii texnologiyası olan yeganə bir yer vardı o da 51-ci bölgənin cənub bölgəsindəki S4 saytı idi. Bu 30 il əvvəl idi. Ola bilər ki, S4 illər əvvəl köçüb və ya layihə çərçivəsində istifadə edilmir".

Bütün bu xəbərdarlıqlara baxmayaraq hələ də 51-ci bölgədə nələrin baş verdiyini öyrənmək  istəyirsinizsə 20 Sentyabr 2019-cu ildə Nevada-nın yerli saatı ilə gecə 4-də Amargosa Valley, Nevada 20908-də olan 51-ci bölgəyə səfər edə bilərsiniz.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır