Uça bilən bir ordunun mövcudluğu müharibədə qalibiyyətin qarantisidir

  • 16 İyul 2019

Fransada keçirilən Parad Mərasimində reaktiv motorlu əsgər zirehi uçarkən görüntüyə alınıb.

Chip.az bildirir ki,uçan əsgərlərdən ibarət birliklər, münaqişə kağızlarında böyük üstünlük yaradır. Belə bir zamanda Fransa inkişaf etdirdiyi reaktiv mühərrikli zirehini nümayiş etdirir. Gəlin Fransanın uçan zirehinə yaxından baxaq.

İnsan oğlu daima daha yüksək yerlər olmaq istəyir. Bu məqsəd uğrunda cürbəcür texnologiyalar inkişaf etdirildi, hətta kosmosa da ayaq basıldı. Lakin, insanların sərbəst uçmaq arzuları tamamilə reallaşmamış qalıb.

Iron-Man misalı uçmağı təmin edən avadanlıqların qiymətinin xeyli yüksək olması və bu sistemlərin stabil olmaması səbəbiylə təəssüf ki, bu texnologiyanı istehsal etmək alınmırdı.

Prototip olaraq inkişaf etdirilən və bir müddət daha prototip olaraq qalacaq olan reaktiv mühərrikli geyimlərin bu modeli üzərində uzun zamandır iş aparılır. Əsgərlərin daha çox yüksək hərəkət qabiliyyətlərinə malik olmasına imkan tanıyan bu zireh, dünən canlı olaraq görüntüləndi.

Fransanın Milli Günü olan 14 İyul tarixində (Bastiliya Günü) Parisdə keçirilən paradda görünən Flyboard Air, reaktiv ski ustası Franky Zapata tərəfindən istifadə edilib.

 

Franky Zapata

Flyboard Air-i uçardarkən əlində bir ədəd tüfəng də daşıyan Zapata, izləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Kənardan baxanda çox havalı görünən Zapata-nın daha sonra Fransa Bayrağının rəngləri olan - mavi, ağ və qırmızı rəngləri ilə etdiyi hava şousu da maraq oyadıb.

Zapatanın geyindiyi xüsusi zirehin bir ədədinin qiymətinin 250.000 dollar olması isə diqqətləri bir daha üzərinə çəkir. Qeyd edək ki, reaktiv mühərrikli zireh istifadə edən əsgərləri ətrafda görmək üçün qarşımızda uzun illər var.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır