Şotlandiyada küləkdən əldə olunan enerji ölkəni təmin edir

  • 16 İyul 2019
  • 118

Şotlandiyadakı külək turbinlərinin çoxluğu məlum olsa da nə qədər elektrik istehsal edildiyi barədə dəqiq bir məlumat yox idi.

Chip.az xəbər verir ki, WeathErenergy tərəfindən yayımlanan məlumata görə Şotlandiyanın külək stansiyaları yanvar və iyun ayları arasında saatda 9,8 milyon W enerji istehsal edib. Bu demək olar ki, ölkədəki evlərin elektrik ehtiyacının iki qatıdır.

Bunları əldə etmək üçün bərpa olunan enerji mənbələrini istifadə etmək həm bizləri, həm də təbiəti qoruyar. Bunu anlayan ölkələrdən biri olan Şotlandiya, ölkəsinə bol külək turbini quraraq həmin stansiyaların enerjisindən faydalanır.

WeatherEnergy-nin paylaşdığı məlumatlara görə Şotlandiya külək enerjisini o qədər yaxşı istifadə edir ki, toplanan enerji ölkədəki evlərə iki dəfə çatır. Şotlandiya hökuməti enerji istehlakının yarısını bərpa olunan enerji mənbələri ilə hazırlamağı və 2050-ci ilə qədər enerji təchizatından qaynaqlanan karbondioksit emissiyalarını tamamilə məhv etməyi planlaşdırır. Şotlandiyanın sərhəd qonşusu olan İngiltərə də bu yolda bir addım ataraq özünü kömür enerjisindən tamamilə təcrid etdi.

Şotlandiya və Şotlandiya kimi külək enerjisi bol olan digər bölgələr istehsal etdiyi enerjini başqa ölkələrə də satarsa, külək stansiyalarına malik olmayan ölkələr də zərərli elektrik mənbələrinə bağlılığını azalda bilərlər. 

Şotlandiyanın bu vəziyyətinə digər ölkələrin riayət etməsi bir az çətin məsələdir. Günəş enerjisi, külək enerjisi kimi resursları səmərəli istifadə etmək üçün ölkələrin coğrafi mövqeləri da mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Şotlandiya güclü küləklərə, geniş sahil zolağına və enerji istehsalını asanlaşdıran başqa təbii amillərin üstünlüyünə sahib olan ölkədir. 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

ABŞ-da sosial mediada icazəsiz zarafat paylaşanlara 30 min dollar cəza veriləcək

ABŞ Konqresinə təqdim olunan və fikri mülkiyyət hüquqlarını qoruma məqsədli ortaya atılan icazəsiz zarafat paylaşanlara cəza verməklə bağlı olan qanun layihəsini təsdiq

Facebook istifadəçi məlumatlarını yenidən toplayır

Sosial media nəhənglərindən biri olan Facebook yanvar ayında proqram hazırlayarq gənclərə mobil internet istifadə məlumatlarını əldə etmək üçün pul ödəməyə başlayaca

Ayın səthi tədricən kiçilir

Chip.az xəbər verir ki, bu proses milyon illərdi ki, davam edir və büzülmə səbəbiylə itirilən səth təxminən 50 metrdir.  Eyni zamanda Ayın sərt xarici səthinin

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edilib

 Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilib.

 Təqdimat mərasimi Bakıda keçirilən Azərbayca

Redmi Note 7S modeli təqdim edildi

Chip.az xəbər verir ki, “Xiaomi”nin alt markası “Redmi”  yeni smartfonu olan “Redmi Note 7S”i istifadəçilərin ixtiyarına verdi. Olduqca yüksək bir ekran və