Samsung-un S Pen-ə malik ağıllı telefon seriyası Note-un ən son modelində ekran daxili səsin olması ağıllı telefon istifadəçiləri üçün sevindirici xəbərdi. Lakin bu texnologiya Galaxy Note10-da istifadə olunmaya bilər.
Chip.az xəbər verir ki, ağıllı telefonların səsucaldanları yüksək səsli mühitdə eşidilməyə bilir. Bir telefon zənginin həyata keçməsinin mümkünsüz olduğu bu mühitlərdə ekran daxilində səs texnologiyasına sahib ağıllı telefonlar böyük fərq yaradır.
İstifadəçilər tərəfindən olduqca sevilən Galaxy Note seriyasının 10-cu nəslini tanıtmağa hazırlanan Samsung, bu ağıllı telefonda səsucaldan texnologiyasının inkişaf etmiş halı olan ekran daxili səs texnologiyasını daxil edəcəyini deyirdi.
https://www.youtube.com/watch?time_continue=2&v=uIRfzXy8h0A
Ekran daxili səs texnologiyasını öz mütəxəssisləri ilə xüsusi olaraq inkişaf etdirən Cənubi Koreyalı texnologiya nəhəngi şirkətin bu texnologiyaya olan etimadı böyükdür. Bu gün ortaya çıxan bəzi görüntülərə görə Galaxy Note 10 ağıllı telefonunun ekranının üst hissəsində telefon dəstəyi modulu var.
Galaxy Note 10-un üst hissəsində telefon dəstəyi boşluğu olması səbəbi ilə Samsung-un ekran daxili səs texnologiyasının bu ağıllı telefon üçün olmayacağı, lakin Galaxy S11 telefonunda istifadə ediləcəyi gündəmdədir.
Huawei, Acoustic Display adını verdiyi texnologiyasını P30 Pro ağıllı telefonunda istifadə edərkən, LG isə Crystal Sound adını verdiyi sistemi LG G8 də də istifadə etmişdi. Digər bir tərəfdə Sony, eyni texnologiyaya Acoustic Surface adını verərək ağıllı televiziyalarında istifadə etmişdi.
NEX ağıllı telefonunun içərisində olan ekran daxili səs texnologiyasına baxdıqda əslində bu texnologiyanın kiçik bir qutudan ibarət olduğunu görürük. OLED ekrana yapışdırılan bu modul ekrana elektromaqnit vasitəsilə səsin yaranmasını təmin edir.
Nigar Həsənova