Ən çox istifadə edilən mesajlaşma tətbiqetmələri Teleqram və Whatsapp-da yeni təhlükəsizlik boşluqları aşkar edilib. Yeni təhlükəsizlik boşluqları nəticəsində zərərli proqram yüklü telefonların media sənədlərinə və mesajlaşmalarına çatdığı aydın oldu.
Chip.az xəbər verir ki, Whatsapp və Teleqram mesaj şifrələmə məsələsində səs salmış tətbiqetmələr olsa da, telefondakı faylları etibarlı bir şəkildə yığma məsələsində o qədər də etibarlı olmadıqları ortaya çıxdı. Symantec-dəki təhlükəsizlik araşdırmaçıları hakerlərin zərərli bir proqram sayəsində Whatsapp və Teleqram kimi xidmətlərdən göndərilən faylları necə ələ keçirdiyini açıqlayıb.
Whatsapp Android platformasında qeydiyyat yeri kimi iki variant təqdim edir. İstifadəçilər tətbiqetmədən gələn tərkibləri yerli yaddaş ya da microSD kart kimi xarici yaddaşa qeyd edə bilir. Whatsapp tətbiqetmələri xarici yaddaşa qeyd edərkən, Teleqram ''Qalereyaya qeyd et'' xüsusiyyəti varkən eyni tətbiqetməni xarici yaddaşa qeyd edir.
Tədqiqatçılara görə xarici yaddaşa qoşulma imkanı olan şifrənin istifadəçilər bilmədən Whatsapp və Teleqram tətbiqetmələrinə çatması mümkündür. Bir istifadəçi zərərli bir şifrəni telefonuna qurub Whatsappdan bir vizual aldığı zaman haker kimsə bilmədən ona çata bilir.
Tədqiqatçıların Media sənədlərinin oğurluğu adını verdiyi bu hərəkət məxfilik mövzularında böyük bir problem yaradacaq kimi görünür. Xarici yaddaş variantını istifadə edən istifadəçilər faylları rahat şəkildə qaldırıb cihazlarındakı yerdən qənaət etmə şansına malik olsa da gizlilikləri təhlükəyə atır.
Məsələ ilə bağlı Whatsapp belə açıqlama verib:
"Bu problemi və daha əvvəldən olan təhlükəsizlik boşluğu iddiaları ilə yaxından tanış olub. Whatsapp hazırda Android əməliyyat sisteminin təqdim etdiyi ən yaxşı yığma imkanlarını istifadə edir və Android inkişaf etdikcə öz variantlarını da inkişaf etdirir".
Nigar Həsənova