Sosial media fenomeni qəzada öldü

  • 15 İyul 2019

Sosial media fenomeni Emily Hartridge elektrikli skuteri ilə gəzintiyə çıxarkən bir yük maşını ilə  toqquşması nəticəsində həyatını itirib. Sosial media fenomeni və televiziya aparıcısı kimi tanınan gənc fenomenin vəfatı sosial media hesablarından çatdırılıb.

Chip.az xəbər verir ki, sosial media fenomeni Emily Hartridge elektrikli skuteri ilə gəzinti edərkən bir yük maşını ilə  toqquşması nəticəsində həyatını itirib. Sosial media fenomeni və televiziya aparıcısı kimi tanınan gənc fenomenin vəfatı sosial media hesablarından çatdırılıb.

36 yaşındakı qadın İngiltərədə yaşanan hadisədə elektrikli skuteri ilə səyahət edərkən bir yük maşının toqquşması nəticəsində həyatını itirib. Hartridge-nin Instagram ünvanından edilən açıqlamada "Hər kəsə salam. Bu, Instagramdan deyiləcək dəhşətli bir şeydir, amma bu gün çoxunuzun Emily-ni görməyi istədiyini bilirik və bu eyni anda sizinlə ünsiyyət qurmağın yeganə yoludur. Emily dünən bir qəza keçirərək həyatını itirib. Hamımız onu sevdik və heç vaxt unutmayacağıq. Onsuz nələrisə xəyal etmək belə çətindir. O, çox xüsusi bir insandı" deyilib.

Hartridge-nin Youtube-də 350 min, Instagramda isə 45 min izləyicisi var idi.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır