İlk kompüter parolunun ixtiraçısı vəfat etdi

  • 15 İyul 2019
  • 107

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.

Chip.az ictnews-a istinadən xəbər verir ki, Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb.

1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı istifadəçi hesablarının parolla qorunması konsepsiyasını 1961-ci ildə mütəxəssislər qrupu ilə birgə bir neçə adama eyni anda kompüterdən istifadəyə imkan verən vaxtın bölünməsi ideyası (Compatible Time-Sharing System, CTSS) əsasında proqram paketinin hazırlanması zamanı yaradıb.

F.Korbato 1990-cı ildə vaxt və resursların ayrılması ilə ümumi təyinatlı kompüter sistemlərinin hazırlanmasına verdiyi böyük töhfəyə görə “Turing Award” mükafatına layiq görülüb.

Bu, alimin yeganə yeniliyi olmayıb. “CTSS” sistemindən eyni anda istifadə modeli kompüter cavablarının gözləmə vaxtını saatlardan saniyələrədək azaltmaqla texnologiyanı daha praktik edib. Onun “Multics time-sharing system” sistemi isə “Linux” kimi gələcək əməliyyat sistemləri üçün əsas rolunu oynayıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Hər iki filmin gəliri 1 milyard dolları keçdi

Rejissorluğunu Con Watts-ın etdiyi və Tom Hollandla yanaşı, Samuel L. Jackson, Jake Gyllenhaal kimi usta aktyorların da tərkibində olduğu Marvel-in 2-ci Spider-Man filmi Far From H

Fifa 19 nümayiş tarixi məlum oldu!

Ötən saatlarda rəsmiləri tərəfindən Fifa 19 nümayiş tarixi rəsmi olaraq açıqlanıb. Playstation Türkiyə tərəfindən edilən açıqlama ilə birlikdə oyunun demo tarixi dəqiqlik

Joker filminin 18+ olacağı təsdiqləndi

Warner Bros DC kainatını kinoda da canlandırmaq üçün çalışmalarını davam etdirir.

Chip.az xəbər verir ki, şirkət Jarde Letonun ümumiyyə

Football Manager 2019 Mobile gəlir!

Bu texnologiyaların başında, son dövrün ən çox danışılan yeniliklərindən biri olan VAR yer alır. FM 2019 və FM 2019 Mobilya variantlarında video dəstəkli hakim tətbiqi olacaq.

Denuvo pirat oyununa ümidsizdir

Oyun satışlarını artması səbəbdən sektor içərisində pul da artıb. Bu vəziyyət, oyun bazarına yeni adların qoşulması və sektorun böyüməsinə zəmin hazırladı.