Huawei ABŞ-dakı yüzlərlə işçisinin vəzifəsinə son verir

  • 15 İyul 2019

Huawei milli təhlükəsizliyi ön planda tutaraq, ABŞ araşdırma laboratoriyalarında çalışan yüzlərlə işçisini vəzifəsindən çıxaracaq.

Chip.az bildirir ki, Wall Street Journal-ının yayımladığı məlumata görə, Çinin texnologiya nəhəngi Huawei, ABŞ-da çalışan yüzlərlə işçini işdən çıxarmağa hazırlaşır. ABŞ və Çin arasındakı ticarət müharibələrindən ən çox təsirlənən Huawei şirkətinin bu addımı G20 zirvəsində Trump-ın sanksiyaların aradan qaldırılacağı ilə bağlı açıqlamasının bu məslənin müsbətə doğru həll olunacağına şübhə yaradır.

 

Huawei rəsmilərinin açıqlamalarına görə, sanksiyalar hələ də davam edir və ABŞ-ın qəbul etdiyi sanksiyanın qüvvəyə minməsi gözləyirlər. Eyni zamanda, Huawei öz işçilərini ABŞ-da yerləşən Futurewei Technologies adlı bir tədqiqat təşkilatındakı vəzifələrindən almaq niyyətindədir. Belə ki, həmin işçilər öz ölkələrinə qayıtdıqları təqdirdə Huawei-də işə davam edə biləcəklər.

 

Qeyd edək ki, may ayında ABŞ Ticarət Nazirliyinin əmrləri nəticəsində Huawei şirkətinin Ağ Evin milli təhlükəsizliyini təhdid etməsi səbəbiylə Amerika Birləşmiş Ştatları ilə ticarət əlaqələri qadağan edildi. Nəticədə proqram təminatı tamami ilə kəsildi. Trump-un daha sonra verdiyi bəyanatlarda bu əlaqənin yenidən bərpa edilməsi gündəmə gəlsə də Huawei-nin bu addımı sanksiyanın hələ də davam eydiyini göstərir.

 

Avqust aylında iki ölkə arasındakı problemlərin həll edilib-edilmədiyi bilinəcək.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır