Spider-Man: Evdən Uzaqda bilet satışlarında zirvədədir

  • 15 İyul 2019
  • 109

Bu həftənin kassada ən çox gəlir əldə edən filmləri açıqlanıb. Spider-Man-in yeni filmi ''Evdən Uzaqda'' bu həftə də siyahının əvvəlində yer almağı bacarıb. Digər film isə ''Oyuncaq Hekayəsi 4'' filmidir.
 

Chip.az xəbər verir ki, Spider-Man: Evdən Uzaqda ekrana daxil olduqdan iki həftə sonra da kassa satışlarında zirvədə qalmağı bacarıb. Bu həftənin qrafiki ilk baxışda ötən həftənin qrafikinə çox bənzəyir və Spider-Man yenə də siyahının başında yer alır. Film cümə günü təxminən 13,37 milyon dollar qazanıb. Filmin həftə sonu 45,3 milyon dollar qazanaraq ekrana girdiyi həftənin sonundan P-lik bir azalma göstərməsi gözlənilir. Bu statistikaya görə,  Spider-Man: Evdən Uzaqda əvvəlki film Evə Dönüş-dən daha sabit bir qrafik göstərir. Filmin ABŞ-dakı gəliri 274 milyon dollar, dünya miqyasında gəliri isə 847 milyon dollardan artıqdır.

Tom Holland Spider-Man: Evdən Uzaqda filmi ilə birlikdə Piter Parker-i canlandırmağa davam edir. Parker yoldaşları Ned, MJ və sinfin geri qalanı ilə birlikdə Avropaya bir məktəb səfərinə gedir. Nick Fury Spider-Man-i Mysterio ilə birlikdə işləməsi üçün vəzifəyə çağırdığı zaman səfər, tətil olmaqdan çıxıb iş səfərinə çevrilir. Filmin fraqmentinə aşağıdan baxa bilərsiniz: 

https://www.youtube.com/watch?v=GkLnm1oyLn8

Kassa siyahılarında ötən həftəni təkrar edən digər bir film isə ikinci sırada olan "Oyuncaq Hekayəsi 4" filmidir. Cümə günü təxmini olaraq 6,25 milyon dollar qazanan şirkət, Şimali Amerikada ekrana girişinin dördüncü həftəsində 20 milyon dollar gəlir əldə edərək yerli gəlirini 346 milyon dollara yüksəldib. Filmin dünya miqyasında gəliri isə 670 milyon dollardan çoxdur.
 
Bu həftə sonunda açılış həftəsini ən yüksək gəlirlə bağlayan film isə "Crawl" filmidir. Filmin mövzusu fırtına səbəbi ilə Floridanı basan timsahlar haqqındadır. Şirkət cümə günü 4,3 milyon dollar qazandıraraq ilk həftə sonunda 11,5 milyon dollar əldə etmiş oldu. Film üçün xərclənən büdcə isə 13,5 milyon dollardır. 

Dave Bautista və Kumail Nanjiani-nin komediya filmi "Stuber" isə dördüncü sıradadır. Disneyin 6 il sonra bazara çıxardığı ilk 18 yaşdan yuxarı olan filmi cümə günü 3 milyon dollar qazanaraq həftə sonu əldə etdiyi gəliri 8 milyon dollara qaldırdı.
 
 Bu həftə yayımlanan siyahının geri qalanı bu şəkildədir:
 

  • Yesterday
  • Aladdin
  • Anabelle Comes Home
  • Midsomnar
  • The Secret Life of Pets 2
  • Avengers: Endgame

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqli

NASA Günəşin bu zamana qədər olan ən ləkəsiz fotoşəklini çekib

NASA-nın doğru anı tutaraq inanılmaz bir fotoya imza atıb. Ortaya çıxan foto Günəşin bu günə qədər çəkilən ən ləkəsiz fotoşəkillərindən biridir. Mövzu ilə bağlı

Elektromaqnit hücumları müzakirə mövzusu olub

Sözügedən tədbirdə radiotezlik resurslarından sui-istifadə, elektromaqnit müharibələri, simsiz şəbəkələrdə kiber-hücumlar və bu kimi aktual problemlərdən da

Google yemək sifariş xidmətini təqdim edir

“Google” onlayn ərzaq sifarişi funksiyasını aktivləşdirməyə  hazırlaşır.

Chip.az xəbər verir ki, sistem mövcud  “Google” xidmətlərinə

“Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirilib


Chip.az bildirir ki, ilk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları

SpaceX internet peykləri İlə doldurulmuş Falcon 9 raketini buraxdı

Ötən həftənin çətin cəhdlərindən sonra “SpaceX2  “Starlink” internet peykləri ilə dolu ilk “Falcon 9” raketini buraxa bildi.

Chip.az xəbər