Hindistan su axtarmaq üçün Ayın cənub qütbünə robot göndərir

  • 15 İyul 2019

Dünyadan kənar torpaqları gedib araşdırmaq insanoğlunun xəyalıdır. Hindistan isə Ayda su tapmaq üçün əhəmiyyətli bir vəzifəni bu gecə həyata keçirib. Kosmosdakı planetlərdə su tapmaq bəşəriyyət üçün çox əhəmiyyətlidir, çünki su olan yerdə həyatın olma ehtimalı çox yüksəkdir. Bu səbəbdən insan araşdırmadan əvvəl  su olub olmadığını yoxlayır. Eynilə Marsda olduğu kimi.
 

Chip.az xəbər verir ki, Hindistan bu böyük addımı bu gecə həyata keçirib. Hindistan Kosmos Tədqiqatları Təşkilatı, (ISRO) Chandrayaan-2 kosmik vasitəsini Ayın görmədiyimiz hissəsinə (qaranlıq hissə) doğru yola salıb.

Hindistan Kosmos Tədqiqatları Təşkilatının quruluşundan bəri ən əhatəli və mürəkkəb hadisəsini keçirəcəyi təşkilatın ən səlahiyyətlisi K. Kasturirangan tərəfindən "ISRO-nun bu gün etdikləri üçün ölkəmizin həqiqətən fəxr edəcəyinə əminəm" sözləri altında açıqlanıb.

142 milyon dollar dəyərindəki vasitə Chandrayaan-2 Hindistanın 2008-dəki ilk Ay vəzifəsində istifadə etdiyi və Ay üzərində su axtardığı Chandrayaan-1-in yaxşılaşdırılmış halıdır. 

Chandrayaan-2 ilə Hindistan Aya uğurlu eniş həyata keçirən 4-cü ölkə olmağı və NASA-nın belə çatmadığı Ayın cənub qütbünə getməyi hədəfləyir. ISRO-nun Chandrayaan-2 kosmos vasitəsi; Peyk modulu, Vikram (eniş platforması) və Pragyan (səyyah robot) olmaq üzrə 3 əsas hissədən ibarətdir.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır