Facebook təslim oldu: 5 milyard dollarlıq cərimə

  • 13 İyul 2019

ABŞ-ın Federal Ticarət Komissiyası istifadəçilərin məlumatlarının sızdırılması ətrafında aparılan araşdırma ilə əlaqədar “Facebook” rəhbərliyi ilə razılığa gəlib. Sazişə əsasən, sosial şəbəkə 5 mlrd dollar məbləğində cərimə ödəməlidir.

Chip.az “Reuters”- ə istinad edərək xəbər verir ki, sazişdə “Facebook”un istifadəçilərin məlumatlar bazası ilə işi üzrə bəzi məhdudiyyətlər də qeyd olunub.

Agentliyin məlumatına əsasən,  ABŞ Ədliyyə Nazirliyi sazişə müsbət rəy verdiyi təqdirdə, bu, komissiyanın bütün tarixi boyu ən böyük cəriməsi olacaq.

Xatırladaq ki, 2018-ci ildə “Facebook”un “Cambridge Analytica” şirkəti üzərindən 87 mln istifadəçinin məlumatlarını sızdırdığı bəlli olduqdan sonra sosial şəbəkə qalmaqal mərkəzində olmuşdu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır