NASA-nın Ay səthinə ayaq basma tarixi gərçəkdir ya bunu təqzib edənlərin iddiaları?

  • 13 İyul 2019

"Ayın səthinə eniş edilməsi saxta məlumatdır!" deyənlərə bənd-bənd cavab gəldi.

Chip.az bu mövzu ilə bağlı iddiaları və qarşı tərəfin verdiyi cavabları sizə təqdim edir.

Ayın ilk enişi milyonlarla insan izlədi. Lakin, bunun qurma olduğunu iddia edənlər də var.

1969-cu ilin iyulunda Ayın səthinə ilk ayaq basılan an milyonlarla insan tərəfindən izləndi.

NASA-nın məlumatına görə, Amerika Kosmik və Aviasiya Agentliyi tərəfindən aparılan sorğuda dünya əhalisinin yüzdə 5-nin buna inanmadığı məlum olub.

 

"MOON SCAM" hərəkatı

Aldadıcı nəzəriyyənin tərəfdarları 1960-cı illərdə Amerika kosmik proqramının Aya gedəcək texnologiyaya malik olmadığını iddia edirlər.

NASA-nın bu əməliyyatda uğursuz olacağını anlayan Sovet hökuməti qalaqtikanı fəth edən ilk ölkə olmaq üçün belə bir yalan uydururlar.

Neil Armstrong-un məşhur ifadəsi "Mənim üçün kiçik, insanlıq üçün böyük addım” ifadəsinin doğruluğuna qarçı yaranan bu şübhə Apollo 11 gəmisi yerə enər-enməz yaranmağa başladı.

Qeyd edək ki, Bill Kaysing, Aya səyahət aldatmacasının qurucusudur.O, "Biz heç vaxt Aya getmədik: Amerikanın 30 milyard dollarlıq pulu" adlı kitab yazdı və nəşr etdi.

NASA ilə əməkdaşlıq edən bir şirkətin ictimai əlaqələr şöbəsində çalışan jurnalist Bill dərc etdiyi kitabında bir çox Aya gedilmədiyini əks etdirən tezislər əks etmişdi.

 

Havasız məkanda Amerika bayrağının dalğalanması

Ayın səthində çəkildiyi iddia edilən fotoşəkillərdə fonda ulduzların olmaması və havasız mühitdə Amerika bayrağının dalğalanmış görüntüsü bu tezisin irəli sürülməsində səbəb oldu.

Lakin, Kaliforniya Universitetinin astronomu Machael Rich, bu nəzəriyyəni elmi izahat ilə təkzib edib.

Elm adamları bayrağın dalğalanırmış kimi görünməsinin əslində bayraq dirəyinin səthə sancılarkən Armtrong Aldri-nin bayraqdakı qırışlara önəm verməməsindən irəli gəlir. Ay səthində cazibə qüvvəsinin Yerin səthindən altı dəfə az olması səbəi ilə də dalğalanmış formada görünməsinə səbəb olub.

 

Səmanın ulduzsuz olması.

Ayda çəkilən bu foto göydə ulduzların olmadığını əks etdirir. Əslində fotoşəkillərin ortaq bir özəlliyi var. Aydınlıq və qaranlıq arasında olduqca böyük fərq var. Göyün qaranlıq olması, günəş şüalarının Ayın səthindən əks olunmasının nəticəsidir.

Rochester Texnologiya İnstitutunun Astrofizika üzrə professoru Brian Koberlein Ay səthinin günəş işığını əks etdirməsi səbəbilə fotoşəkillərin bu qədər parlaq görüntüyə sahib olmasını izah edir.

Bu parlaqlıq ulduzların yansıma işığını tamamilə yox edir. Buna görə də, ulduzların işıqları çox zəif olduğundan, Apollon 11-də Ay şəkillərində ulduzları görmürük.

 

Saxta ayaq izləri.

Ayda nəmlik olmaması səbəbindən Buzz Aldri-nin ayaq izi kimi simvolik fotoşəkil çəkməsik mümkün deyildi.

Lakin, Arizona Dövlət Universitetinin professoru Mark Robinson bu mübahisəni elmi bir izahat ilə təkzib edir.

Ayda atmosferin olmaması Ayda Neil Armtrong və Buzz Aldrin izlərini qoruya bilir. Ayın səthi 'regolit' adlanan daş və toz təbəqəsi ilə örtülmüşdür. Yumşaq bir təbəqədir və küləyin olmaması səbəbindən ayaq izləri milyonlarla il səthdə qala bilər.

 

Astronavtlar radiasiyadan ölməli idi.

Dünyanın ərtafını əhatə edən radiasiya qurşaqları astronavtları öldürməli idi.

Van Allen qurşaqları Günəşin və Yerin maqnit sahələrinin qarşılıqlı təsirindən yaranır. Kosmosa uçuşda ilk aşılması gərəkən mərhələ radiasiyanı aşmaq idi. Çünki, alimlər astronavtların ölümcül dozalara məruz qalacağından qorxurdular.

NASA-dan veriulən məlumata görə, Apollo 11 komandası Van Allen kəmərində iki saatdan az vaxt keçirdiblər. Radiasiyanın çox olduğu bölgələrdə isə cəmi 5 dəqiqə vaxt ərzində qaldılar ki, onların zərər çəkə biləcəyi qədər uzun bir vaxt deyildi.

 

Fotoların bir-birinə uyğunluğu nəzəriyyəsi.

Ay Müşahidə Peyki (LRO) tərəfindən çəkilən və NASA tərəfindən yayımlanan fotoşəkillər, Apollon 11-in yerə düşdüyünü göstərir.

2009-cu ildən bəri ayın orbitində olan vasitənin çəkdiyi fotolar, Aya həqiqətən də ziyarət edildiyini təsdiq edir.

NASA-nın 2012 fotoşəkilləri Apollo 11-nin Ay modulunun və digər elmi vasitələrin qalıqlarını göstərir. Fotoşəkillərin birində Apollo 11-in Ayın səthində buraxdığı izlər görünür. Hətta ekipaj tərəfindən sancılan bayraqların hələ də səthdə qalmasını əks etdirən kölglər var. Sancılmıç vəziyyətdəqalmayan bayraq isə Buzz Aldrin-in bayrağıdır ki, mühərrik qalxarkən açırdığı bayraqdır.

 

Əgər Aya həqiqətən gedilməmişdisə, niyə Sovet hökuməti bu şayiələrin artmasına yardımçı olmadı?

Neil Armstrong 20 iyul 1969-cu ildə aya ayaq vurduğunu kifayət qədər elmi sübutlarla təsdiqləyir. Bütün bu nəzəriyyələrə qarşı tez-tez verən sual; Bütün bu deyilənlər saxta idisə, nə üçün Soyuq Müharibənin ortasında olan Sovet hökuməti bu mövzunu bəhanə edərək, hücumlarını artırmadı?

NASA-nın keçmiş tarixçisi Robert Launius deyir: "Əgər biz Ayın səthinə həqiqətəndə çıxmamışdıqsa, Sovet hökumətini bunu ortaya çıxara biləcək və bununla əlavə göc əldə edə biləcək dövlət kimi həmlələr edərdi. Lakin, heç bir şey etdçədi və bu bizim uğurumuzu qəbul etdiklərinin bir sübutudur."

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər