Reynmen-in yeni mahnısı 30 dəqiqədə yarım milyon insan tərəfindən izləndi

  • 13 İyul 2019

Dərdim Olsun mahnısı ilə rekord qıran Youtube Türkiyənin tanınan adı Reynmen, yeni mahnısının musiqi klipini yayımlayıb. Ləqəbi Reynmen olan Youtuber bu gün yayımladığı yeni musiqi klipi ilə yenidən diqqət çəkməyi bacarıb.
 
Chip.az xəbər verir ki, əsl adı Yusuf Aktaş olan 1995-ci ildə İstanbulda doğulan Reynmen 1 il əvvəl Suriya məsələsinə aid video da çəkmişdi. "Suriya El-Babda Bir Gün Keçirmək" adlı videoda böyük müharibə anlamına gələn El-Bab şəhərinin daxilində nələrin baş verdiyini tamaşaçılarla paylaşaraq marağa səbəb olmuşdu.

Klipin yayınlanmasından yarım saat keçməsi ilə yarım milyon izlənməni keçən Reynmen-in Ela adlı  mahnısının izlənmə sayı hazırda 10.324.973 nəfərdir.  

Klipinə gələn bəyənmələr sürətli şəkildə artmağa davam edir.

https://www.youtube.com/watch?v=zBAjrCc_6ws

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır