Harry Potter-in çəkildiyi Warner Bros. studiyasında yanğın çıxdı

  • 13 İyul 2019

Harri Potter, The Dark Knight, Fantastic Beasts, Wonder Woman, Pokemon: Detective Pikachu kimi filmlərin çəkildiyi İngiltərədə yerləşən Warner Bros səs çəkiliş studiyasında yanğın çıxıb.
Chip.az xəbər verir ki, Warner Bros-un Londonun xaricində qalan və Harry Potter filmlərinin çəkildiyi Leavesden studiyalarında çərşənbə günü yanğın çıxıb. "Warner Bros. Studio Tour - The Making of Harry Potter" adlı turistlərin gəzəcəyi yeni bölümü də ehtiva edən səs çəkilişlərinin aparıldığı studiya yanğından zərər görərkən, yanğın studiyanın hamısına yayılmayıb. 

8 Harri Potter filmi yanaşı Fantastic Beasts filmləri, The Dark Knight, Wonder Woman, Pokemon: Detective Pikachu və Spider-Man: Far From Home da Leavesden-da çəkilmişdi. Həmçinin HBO-nun kosmos komediyası Avenue 5 də burada çəkilir.

Leavesden-dan verilən açıqlamada "Yanğınsöndürmə rəhbəri Avenue 5-in quruluş mərhələsində istifadə edilən səs studiyalardan birində meydana gələn yanğının tamamilə söndürüldüyünü təsdiq edib" deyildi. Həmçinin Studio Tour hissəsinin yanğına məruz qalmadığı və bütün quruluş əməliyyatlarının də davam edə biləcəyi qeyd olunub.
 
 Veep-in yaradıcısı Armando Lannucci, "Bütün Avenue 5 komanda adından, bütün gecə boyu hamını və hər şeyi təhlükəsiz saxlamaq üçün yorulmadan çalışan yanğınsöndürənlərə təşəkkür etmək istəyirəm. Çox gözəl bir setdi, ancaq hər kəsin təhlükəsizlikdə olması daha əhəmiyyətlidir" qeyd edib.

Warner Bros, Leavesden-ı 2012-ci ildə alanda "70 ildir Birləşmiş Krallıqda inşa edilən studiyalar arasında növünün tək nümunəsi" olacağını söyləmişdi. Eləcə də film istehsalı məsələsində ölkəni irəli mərhələlərə qaldıracağı iddia edilmişdi. Bu studiya Birləşmiş Krallıqdakı xüsusi baş tammetrajlı film istehsal mərhələsinin üçdə birindən çoxunun gələcəyini təminat altına alır.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır