Apple Parkın qiyməti açıqlandı

  • 13 İyul 2019

Apple şirkətinin Kaliforniyadakı qərargahı Apple Park içindəki mebellər, texnoloji avadanlıqlar və kompüterlərlə birlikdə 4.17 milyard dollar dəyərindədir.

 

Chip.az bildirir ki, Apple Park dünyanın ən təsirli biznes mərkəzlərindən biridir. Əfsanəvi CEO Steve Jobs, yaxın günlərdə Jony Ive ilə Foster and Partners əməkdaşlığı nəticəsində inşa edilən bu tikili bir çox fərqli özəllikləri ilə də diqqəti cəlb edir.

 

Damı günəş panellərilə örtülü olan və bu kontekstdə öz enerjisini istehsal edən "Apple Park", həmçinin qalaktika gəmisi kimi tanınır ki, hər bir bucağı ilə fərqini göstərir. Kaliforniyadakı zəlzələlərə davam edə bilən struktur 4 metrədək hərəkət edə bilmə və pəncərələrini yağışdan qorunma özəlliyinə sahibdir.

 

Bu günə qədər inşa edilən və böyük pullar sərf olunan binalar var. Bu binalardan ən çox diqqət cəlb edənləri; 15 milyard dollarlıq Ebrac al-Beyt qüllələri, 11 sentyabr hücumlarında dağılan Dünya Ticarət Mərkəzinin əvəzinə inşa edilən və 3,5 milyard dollar dəyərində olan Azadlıq Qülləsi kimi tanınan One World Trade Center-dir. Apple Park da bu bahalı binalardan biridir. Belə ki, ABŞ-da Kaliforniya əyalətindəki Apple Park, içərisindəki əşyalarda daxil olmaqla 4,17 milyard dollarlıq bir büdcəyə başa gəlib.

 

Qeyd edək ki, Apple, 2017-2018-ci illəri əhatə edən maliyyə hesabatında 56 milyon dollar əmlak vergisi ödədiyini açıqlayıb. Bu rəqəm Apple-nin ən böyük əmlak vergi ödəyicisi olduğunu göstərir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır