Huawei-nin ilk 5G dəstəkli telefonu olacaq Mate 20 X 5G-nin hansı tarixdə hansı bazarda satışa çıxacağı məlum oldu.
Chip.az xəbər verir ki, 5G texnologiyası hazırda məhdud sayda regionda istifadə edilir və dünya miqyasında yayılması üçün hələ qarşımızda bir neçə illik bir müddət var. Bununla yanaşı ağıllı telefon istehsalçıları, 5G texnologiyasına tez çıxış etmək istəyənlər üçün 5G dəstəkli ağıllı telefonlarını yavaş-yavaş çıxarmağa başladılar.
Ağıllı telefon bazarında Samsung-un ən böyük rəqibi olan Huawei, şirkətin ilk 5Gdəstəkli ağıllı telefonunu bazara çıxarmağa hazırlaşır. Huawei Mate 20 X 5G adı ilə satışa çıxacaq model, həm dizaynı, həm də xüsusiyyətləri ilə satışa təqdim olunduğu bazarlarda diqqət görəcəyi məlumdur.
Huawei Mate 20 X 5G, standart Mate 20 X modeli ilə bənzərliyi var. İki cihaz arasındakı ən böyük fərq 5G Balong 5000 modemdir. Bundan başqa cihazda 4200 mAh-a nisbətən daha böyük 5000 mAh-lıq bir batareya var. 5G dəstəkli modeldə RAM tutumu, 6 GB-dan 8 GB-a yüksələrkən daxili yaddaş sahəsi də 128 GB-dən 256 GB-yə yüksəlir.
Gələn məlumatlara görə Huawei Mate 20 X 5G, 26 İyul tarixində Çində satışa təqdim olunacaq. Həmçinin Venturebeat-ə görə cihaz hazırda Amazon İtaliyada ön sifarişə açılmış vəziyyətdədir. Birləşmiş Ərəb Əmirliklərində isə cihaz 12 İyul (bu gün) tarixində satışa təqdim olunacaq. Huawei Mate 20 X 5G başqa hansı bazarlarda və nə vaxt satışa təqdim olunacağı tam olaraq bilinmir.
Nigar Həsənova