Instagram yeni funksiya üzərində işləyir

  • 12 İyul 2019

Sosial mediadakı xüsusiyyətləri əvvəlcədən üzə çıxaran tədqiqatçı Matt Navarra, Instagram-ın hekayələr bölməsinə əlavə edəcəyi yeni xüsusiyyətləri Twitter-də paylaşıb.

Chip.az xəbər verir ki, müxtəlif bölmələrdə istifadəçi təcrübəsini inkişaf etdirməyi hədəfləyən Instagram, istifadəçi kütləsini də böyütməyə çalışır.


Instagram ötən illərdən bu yana hekayələr xüsusiyyətini inkişaf etdirərək istifadəçilərin bu xüsusiyyəti daha çox istifadə etməsini hədəfləyir. Son illərdə bu məqsədində uğur qazanan Instagram etdiyi yeniliklərlə məhdudlaşmayacaq. Yeni bir xüsusiyyət üzərində çalışan Instagram-ın yaxın zamanda hekayələr bölməsini daha da inkişaf etdirəcəyi gözlənilir.
 
Sosial media tətbiqetmələri tədqiqatçısı Matt Navarra-dan alınan məlumatlara görə, ''Mərkəz Rejimi'' adlandırılan yeni xüsusiyyətlə yanaşı, hekayələr üçün video çəkərkən kameranızın mərkəz nöqtəsini dəyişdirə bilərsiniz. Videolarda da fərqli mərkəz növləri olacaq.

Yalnız görüntünün kənarlarını şəffaf edən variant, görüntünün böyük bir hissəsini şəffaf edərkən görüntünün ortasında aydın bir sahə yaradan, eyni zamanda yaxınlaşdırılmış və yalnız üzünüzə fokuslanan bir variant və bu kimi bir çox xüsusiyyət Instagrama əlavə olunacaq.

İstifadəçilər hekayələrə gələcək yenilənmələrə verdikləri reaksiyalar çox da gözlənilən deyil. Bir çox istifadəçi bu kimi halların hekayələr bölməsinə yenilik gətirməyəcəyini və qeyd olunan xüsusiyyətlərin  Snapchat-da olduğunu və Instagramın hədəf seçdiyi kütləni qazanmaqda uğurlu olmadığını bildirib.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər