Hamamda istifadə etdiyi suyu satışa çıxaran Instagram istifadəçisi bütün məhsulu satdı

  • 12 İyul 2019

Belle Delphine adlı Instagram istifadəçisi keçən həftə hamamda isatifadə etdiyi suyu satışa çıxardı. Hər kəs elə bu başlığı oxuyan kimi “kimdi bunu alan!” deyə düşünsə də həmin su qısa müddətdə satılır. Üstəlik, növbəti dəfə yenidən bu tip suyun yenidən satılmasını tələb etdilər.

Chip.az bildirir ki, keçən həftə, oyunçu olaraq bilinən Belle Delphine hamamda istifadə etdiyi (duş aldığı) suyu satışa çıxartdığını deyərək gündəmə gəldi. Instagram hesabında 4.2 milyon izləyicisi olan 19 yaşlı Delphine, Instagram sözügerdən su ilə bağlı postuna 500.000-dən çox bəyənmə aldı.

Sözsüz Belle Delphine-nin bu satış təklifi hər kəs tərəfindən istehza ilə qarşılandı. Buna baxmayaraq onun qablara doldurduğu və birini 30 dollardan satışa çıxartdığı bu hamam suları bir anda satılıb, bitdi.

Bilirik indi sizi bir sual düşündürür. “Bu suları kim satın aldı?”

 

Belle Delphine

Instagram-da mesajla Guardian-a müraciət edən bir fan, " Bunu sizi dəstəkləmək üçün atdığım bira addım kimi qiymərtləndirə bilərsiniz.

Delphine, Guardian'a mövzu ilə əlaqədar açıqlamasında bildirib ki, "Bir çox adam mənim şəkillərimdə vanna suyumu içkilərinə dair şərhlər yazırdılar. Mən də düşündüm ki, həmin suyu satsam necə olar?"

"Mən şanslıyam, çılğın hərəkətlər edib, dünyanın buna necə reaksiya verdiyini müşahidə edə bilirəm. Bəzən bu, dəhşətli olsa da, əyləncəli bir şeydir. Daha maraqlı məzularda daha çox reaksiyalar əldə edirəm."

Elə məhz bu xüsusiyyətlərinə görə Instagram izləyiciləri Delphine-ni izlədiklərini və onun nə edəcəyi ilə maraqlandıqlarına görə onu izlədiklərini bildirirlər

Hətta bir youtuber bu suyu alaraq, makaron  bişirərək, paylaşıb.

Qeyd edək ki, Belle Delphine-nin aylıq abunə sistemi ilə izlənməsi mümkün olan Patreon hesabından aylıq gəlirin 5 ilə 71 min dollar arasında bir aylıq gəlir əldə etməsi təxmin edilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır