Elon Musk qlobal avtomobil sektorunun ən qocaman icraçı direktoru oldu

  • 12 İyul 2019
  • 59

Tesla Motors-un sahibi olan və CEO-luq vəzifəsini icra edən Elon Musk, Mercedes Benz-in icraçı direktoru Dieter Zetschenin vəzifəsini tərk etməsi səbəbilə avtomobil sektorunun ən qocaman icraçı direktoru adına sahib oldu.

Chip.az xəbər verir ki, Tesla Motors-un avtomobil sektoruna bir çox yenilik qatdığı inkaredilməz bir həqiqətdir. Elektrik mühərrikləri və avtomatik pilotları ilə diqqət çəkən vasitələrini satıldıqdan sonra da inkişafa aparan  bu şirkətin arxasında Elon Musk var. Musk 2008-ci ildən bəri Tesla Motors-un CEO-luq vəzifəsini davam etdirir.
 
Elon Musk artıq qlobal avtomobil sektorunun ən qədim CEO-su adına sahibdir. Muskun bu vəzifəni uzun bir müddət davam edəcəyi gözlənilir.

Musk bu ada 2006-ci ildən bəri CEO-luq vəzifəsini icra edən və Mercedes-Benz-in başında olan Dieter Zetsche-nin işdən ayrılmasının ardından sahib oldu.

Elon Musk-un CEO-luq vəzifəsinə ən yaxın ad Akio Toyodadır. Adından da göründüyü kimi bu  vəzifəni 2009-ci ildən bəri davam edən Akio Toyoda şirkətin qurucusu olan Kiichiro Toyoda-nın nəvəsidir. Akio Toyoda şirkətin CEO-luq missiyasını uğurla davam etdirir.

Musk bu ada 2006-ci ildən bəri CEO-luq vəzifəsini icra edən və Mercedes-Benz-in başında olan Dieter Zetsche-nin işdən ayrılmasının ardından sahib oldu.
 
 2019-ci ildə avtomobil sektorunun bir çox CEO-su vəzifələrinə son qoyub. Onlar arasında  Osamu Masuko, Karlos Ghosn və Harald Kruger kimi adlar var.  Tesla Motors-un 2019-cu ilin ikinci rübündə həm satış, həm də istehsal rekordları qırmasının səbəbi Elon Musk olduğu güman edilir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır