Hindli repçinin yayımladığı video YouTube-da 24 saat ərzində Taylor Swift-in ən çox izlənilən videosunu geridə qoyaraq rekord qırdı.
Chip.az bildirir ki, hindistanlı repçi Badşah (Badshah), 10 avqust tarixində "Paagal" adlı son mahnısını izləyicilərin ixtiyarına buraxdı. Bununla da YouTube-da ən çox dinlənilən mahnı kimi daha əvvəl Taylor Swfit-ə məxsus rekordu əlindən aldı. Badşahın "Paagal" adlı musiqisi yalnızca 24 saat içində 75 milyondan çox insan tərəfindən dinləndi.
Bu yaxınlarda olduqca məhşurlaşan Hindistanlı repçi Badşahın sonuncu musiqisi "Paagal" isə bu şöhrəti daha da artdı. Belə ki, hindli repçi ən son mahnısı ilə bir dünya rekorduna imza atdı. BTS və Taylor Swift-i geridə qoyan Badşah, “Sony Music India” YouTube kanalının yayımladığı son mahnı ilə 24 saat ərzində 75 milyondan çox baxış aldı. Qeyd edək ki, hazırda sözü gedən baxış sayı 81 milyondan çoxdur.
Hindistanlı repçi Badşah mahnının müvəffəqiyyətindən bəhs edərək bildirib ki, "24 saat ərzində baxış sayı məni hədsiz sevindirdi və bu məni məndən aldı.” Badşah "Paagal" mahnısı Hindistanın sərhədləri xaricində müvəffəqiyyətli olmaq və ümumilikdə musiqi üslubuna uyğun olmaq üçün xüsusi hazırlanmışdı və izləyicilərə arzularını reallaşdırmağa kömək etdikləri üçün təşəkkür etdi. Hindistanlı repçi bu gün Instagram-da pərəstişkarlarına təşəkkür mesajı göndərməyi də unutmayıb.
Sony Music Hindistandan Shridhar Subramaniam da müvəffəqiyyətdən bəhs etdi: “Badshah 24 saatdan sonra 75 milyondan çox dinlənmə ilə ilk Hindistan musisqiçisidir ki, biz onunla qürur duyuruq və o həqiqətəndə bu uğuru ilə tarixə keçdi.”
Klipə dünya şöhrətli mayamili rejissor Marlon Pena rejissorluq edib və klip Kaliforniya gölü daxil olmaqla Kaliforniyanın müxtəlif yerlərində ekranlaşdırılıb.
Klipi izləmək üçün aşağıdakı linkə tıklaya bilərsiniz:
https://www.youtube.com/watch?v=bdesdebUFLE
Sevinc Baba-zadə