Elektrik enerjisi ilə işləyən avtomobillər üçün ən uyğun dizayn tapıldı

  • 12 İyul 2019
  • 134

REE adlı israilli yeni bir şirkət gələcəyin elektrik enerjisi ilə işləyən avtomobillərinədə yol açacağını iddia edilən bir dizayn hazırlayıb. Dizaynda təkərlərdən əlavə heç bir şey olmayan avtomobil marağa səbəb olub.

Chip.az xəbər verir ki, israilli yeni bir şirkət olan REE, elektrikli avtomobil dizaynı mövzusunda tamamilə yeni bir metod hazırlayaraq standart bir avtomobildə olan bütün hissələri təkərlərə qoymağı seçib.

REE-nin icraçı direktoru Daniel Barrel, keçirdiyi mətbuat konfransında bu ifadələrə yer ayırıb:
 
"Avtomobil sənayesi bu vaxta qədər ənənəvi avtomobil dizaynı üzərində dəyişikliklər və inkişaf edilərək irəliləyib. REE-də avtomobil sahəsində yeni yol açmaq istəyiriksə, təkərə qədər hər şeyi yenidən icad etmək lazım olduğunu düşünürük".

Techcrunch Mobility tədbirində REE-nin hazırladığı dizayn bir avtomobildən çox nəhəng bir diyircəkli taxtaya bənzəyirdi. Düz bir baza ilə birlikdə dörd təkərli olan REE-nin vasitəsi üzərində başqa bir element yox idi.

https://www.youtube.com/watch?v=iko2g1PZza0

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır