Kosmos təcrübələrinə qatılan insanın boyu 5 gündə 3 santimetr uzandı

  • 12 İyul 2019
  • 85

Kosmosdakı vəzifələrinə gedən kosmonavtların və astronavtların  qarşılaşacaqları çətinlikləri həll etmək üçün Yerdə müxtəlif təcrübələr aparılır. Bu təcrübələrə qatılan insanlardan birinin 5 gündə yaşadığı dəyişiklik isə olduqca təəccüblüdür.
 

Chip.az xəbər verir ki, Sputnik İnformasiya Agentliyi, Beynəlxalq Kosmos Stansiyasına gedəcək kosmonavtlar üçün inkişaf etdirilən texnologiyaların sınaqdan keçirildiyi bir təcrübəyə qatılan Fyodor D. ilə  bir müsahibə keçirib. Moskvada yaşayan Fyodor D. bu testlər zamanı keçdiyi mərhələləri və bunun qarşılığında nə qədər pul aldığını da danışıb.

İlk olaraq 2 həftəlik bir vəzifəyə qatılan Fyodor D. cəmiyyətdən təcrid olunaraq 4 nəfərlə birlikdə 2 həftə ərzində bir işçi evində qaldığını və bu vəzifənin qarşılığında gündəliyi 10 min rubldan, bütövlükdə 140 ilə 150 min rubl (3000 ilə 4000 AZN) arasında pul aldığını deyir.

Bu testlərə qatılmaq üçün həm psixoloji, həm də fiziki olaraq tamamilə sağlam olunması lazım olduğunu deyən Fyodor D. yaşadığı təcrübədən zövq aldığını və boş vaxtı olduğu üçün buna davam etmək istədiyini də deyir.

Fyodor ilk testdən təxminən 1 il sonra bir tənəffüs cihazı testinə daxil olub.  Kosmonavtların təcili hallarda istifadə edəcəyi bu cihazın testləri üçün isə 60 min rubl (1645 AZN) alıb.

Fyodorun daxil olduğu üçüncü test  fiziki dəyişikliyə səbəb olan bir testdi. Bu testdə kosmonavtların fəqərələrinin gərginləşməsinin qarşısını alan yeni bir korset sınanıb. Yerin cazibə qüvvəsi olmadan   həyata keçirilən bu testin nəticəsində Fyodor boyunun 178 sm-dən 181 sm-ə çatdığını qeyd edib.

Növbəti testdə 5 gün ərzində bir borunun içində qaldığını deyən Fyodor, boruya ilk daxil olanda rahat olduğunu, lakin 5 gün ərzində hərəkətsiz yatmağın olduqca çətin olduğunu qeyd edib. Fyodor bu test qarşılığında da təxminən 70 min rubl (1884 AZN) qazandığını deyib.

Bu təcrübələrdən sonra daha fərqli və daha ağır sınaqlar üçün də çağırıldığını deyən Fyodor bu işin müsbət və mənfisini düşünəndə mənfi tərəflərin daha çox olduğundan  növbəti sınaqlara qatılmaq istəmədiyini qeyd edib.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır