Mars missiyası üçün 3D sümük və dəri istehsal edilir

  • 11 İyul 2019

NASA-nın yeni Mars missiyası ilə bilinməyən sayda astronavt Marsa səyahətə başlayacaq. Bu səyyahətin bir neçə il davam etməsi səbəbindən Drezden Texniki Universitetinin alimlərini Mars missiyası üçün 3D sümük və 3D dəri istehsalı üzərində işləyirlər.

Mars missiyası üçün 3D sümük və 3D dəri hazırlanması!

Chip.az bildirir ki, Marsa səyahət uzun müddət davam edir və belə olduğu təqdirdə astronavt yanma və ya sümük sınığı ilə qarşılaşarsa, geri qayıtma şansı azalır, hətta olmur. Buna görə də Drezden Texniki Universitetinin Xəstəxanasında alimlər kosmosda istifadə üçün ilk bio çap (bioprinted) texnikası ilə dəri və sümük nümunələrinin hazırlana bilməsi üzərində işlər görürlər.

Hər nə qədər 3D printed vasitəsilə dəri və ya sümüklərlə xəstələri müalicə etmək ilkin mərhələdə olsa da yaxın zamanlarda bu yeni prototiplər əhəmiyyətli dərəcədə inkişaf edə bilər. Bu üsulun insan bədəninin tez bir zamanda sağlamlığı bərpa ola bilməyən bölgələrində istifadəsi xüsusilə vacibdir.

Alimlər, "Yanma vəziyyətində yeni bir dəri astronavtın bədəninə tez bir zamanda inteqrasiya edilə bilinərsə, Yerdə olduğu kimi yaranın sağalması tez bir zamanda mümkün ola bilər." - deyə bildirirlər.

Həmçinin alimlər cazibə qüvvəsinin olmadığı bir ortamda işləyə biləcək bir texnika yaratmaqda da çətinlik çkəkirlər. Buna görə də komanda baş aşağı olduğu halda belə yaxşı işləyəcək 3D çap metodunu hazırlamağa cəhd edir.

Belə ki, dəri hüceyrələrinin bioloji çapında istifadə olunan insan qan plazmasını bitki materialları ilə dəyişdirərək, cazibə qüvvəsinin olmadığı mühitdə belə sürətli təzyiq ilə çap etmək mümkün olacaq. Ayrıca, 3D çap sümüklərinə kalsiyum, fosfat ve sümüyün üst qatı əlvə olunub.

Bu layihə çərçivəsində həm 3D sümük istehsalı, həm də dəri çapı  NASA-nın Mars missiyasına dəstək olacaq ki, gələcəkdə bu layihənin yalnız astronavtları əhadə etməyəcək və tibbi mülicədə də istifadə olunacaq.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır