Üzüklərin Əfəndisi filminin oyunu hazırlanır

  • 11 İyul 2019

Leyou ortaqlığı ilə yeni bir Üzüklərin Əfəndisi oynunu hazırladığını bildirən Amazon Game Studios, Tolkien fanatlarını daha əvvəl heç görmədikləri torpaqlarla, insanlarla və varlıqlarla tanış edəcək.

Chip.az xəbər verir ki, Amazon Game Studios, Leyou ilə əməkdaşlığa gedərək yeni bir Üzüklərin Əfəndisi oyunu hazırladığını bildirib. İstifadəçilər birdən çox oyunçunun daxil olduğu bu yeni oyuna həm PC, həm də oyun konsullarından daxil ola biləcək.
 
Xatırlayırsınızsa Leyou-nun sahibi  Athlon Games ötən il oyunun adını gündəmə gətirmişdi. Lakin o dövrdə oyunun ortağının adı açıqlanmamışdı. Bu yeni məlumatla birlikdə bəhs edilən həmin tərəfdaşın Amazon Games Studios olduğu aydın oldu. 

Athlon Games keçən il verdiyi məlumatlarda oyunun mövsunun də bəhs edildiyini xatırladaq. Oyun, Üzüklərin Əfəndisinin keçdiyi dövrdən çox daha əvvəlki bir zamandan keçir. Athlon Games-in açıqlamasına görə, Tolkien heyranları oyunda, daha əvvəl heç görmədikləri torpaqları, insanları və məxluqları kəşf edəcək.
 
Oyunda olan zaman kəsiyinin, Amazon-un hazırlanmaqda olan Üzüklərin Əfəndisi TV serialı ilə oxşar olması da diqqətlərdən qaçmayıb. Digər tərəfdən Amazon TV serialının və oyunun bir-birindən ayrı olaraq təkmilləşdirildiyini və layihələrin bir-biri ilə əlaqəli olmadığını dilə gətirdi.
 
Hələlik Amazon oynunun nə zaman yayımlanacağı məlum deyil. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər