WhatsApp developerləri istifadəyə verməyə hazırlaşdıqları yeni özəlliyi açıqladılar. Bu xüsusiyyət, göndərilən şəkilləri asanlıqla yenidən redaktə etməyə imkan verəcək.
Chip.az bildirir ki, WhatsApp-a yeni bir xüsusiyyət gəlir. WhatsApp-ın yeniliklər mövzusunda ləng işləməsi göz önündə olsa da nəhayət yeni bir özəlliyi istifadəyə verilir.
WhatsApp-ın üzərində işlədiyi bu özəllik göndərilən fotolar üzərində redaktə edə bilmə xüsusiyyətidir. Qeyd edək ki, hazırda WhatsApp-da fotoşəkil redaktə etmək mümkündür. Lakin, əlavə olunan bu yeni xüsusiyyət həm orijinal fotonu, həm də redaktə olunmuş formanı qarşı tərəfə göndərməyə imkan verəcək. Nəticədə fotonun hər iki formatı qarşı tərəfə göndərilə biləcək.
WhatsApp
Bu özəllik "Quick Edit Shortcut" adlanır və iOS əməliyyat sisteminin təsdiqləndiyi smartfonlarda göndərilən fotonun üzərinə toxunduğunuz anda görünür. Tətbiqə əlavə ediləcək "Edit" düyməsi ilə idarə olunacaq bu özəllik tez bir zamanda "şəkil redaktə" menyusunu açmağa imkan verir.
Bu xüsusiyyət Android əməliyyat sisteminə də yaxın zamanlarda gələcək. Göndərmək istədiyiniz fotoşəkilə toxunduqda ekranın sağ üst hissəsindəki üç nöqtəyə basın. Açılan menyuda "Redaktə et" düyməsinə toxunaraq fotonu həmin anda redaktə edin və qarşı tərəfə göndərin.
Sevinc Baba-zadə
WhatsApp-ın bu yeni funksiyanı bəyəndinizmi?