Gəncləri intihara təşviq edən Momo yeni obrazda qayıdır

  • 11 İyul 2019
  • 214

Ötən il çıxan yarı qadın, yarı quş heykəli olan Momo, bir çox intihar xəbərləri ilə gündəmə gəlmişdi. Yaponiyalı  Keisuke Aiso tərəfindən yaradılan və bir çox tənqid alan heykəl, Hollivudda bir qorxu obrazı olaraq istifadə edilməyə hazırlanır.

Chip.az xəbər verir ki, yarı qadın, yarı quş heykəli olan Momo, ötən illərdə sosial mediada ən çox danışılan məsələlərdən biri olmuşdu. Youtube video materiallarında ortaya çıxan heykəl, uşaqların təhlükəli, eyni zamanda intihara təşviq edən tədbirlər həyata keçirilməsinə səbəb olmuşdu. 

Bir müddət əvvəl Youtube-dakı bu tərkiblərin uşaqları intihara təşviq etdiyi iddialar qarşısında səssiz qalan reaksiyalar artdıqca açıqlama vermək məcburiyyətində qalan Youtube, "Mətbuatdakı xəbərlərin əksinə, Youtube-da bu formada var olan materiallar aşkar etməmişik. Belə hallar aşkar edilərsə, siyasətimizə qarşı çıxmaları səbəbilə dərhal aradan qaldırılar." şəklində məlumat verib.

Youtube bu məlumatları versə də bir çox məktəb Momo-nun uşaqlara qarşı videolar içərisində gizləndiyindən bəhs etmişdi. Böyüklərin diqqətini çəkməməsi üçün Fortnite və Peppa Pig kimi xarici ölkələrdə son dərəcə populyar video materiallar içərisinə gizlənərək nəticəsi intihara qədər gedən vəzifələr verən Momo, bir çox uşağın intiharına yol açmışdı.
 
Momo-ya qarşı bu qədər reaksiya olmasına baxmayaraq heç bir xəbər alınmasa da son çıxan xəbərlərə əsasən  hadisələr gözlənilənlərin tam əksi olacağını göstərir. Belə ki,  Orion Pictures və Vertigo Entertainment uşaqların intihar cəhdləri ilə əlaqələndirilən Momonu kino salonlarına gətirmək üçün hazırlıqlara başlayıb.

Taxa Ichise-nin rejissorluq edəcəyi filmin şayiələri keçən il çıxmışdı. 2018-ci ildə bir çox adamın dediyi iddianın bu hadisədən sonra yalnız iddia olaraq qalacağı düşünülsə də son məlumatlar vasitəsilə gənclərin həyatına bais olan qorxunc trendin ağ pərdə vasitəsilə daha böyük bir kütləyə çatacağını demək olar.

Hazırda filmin hansı mərhələdə olduğu və ya nə zaman ekranlara daxil olacağına dair bir məlumat yoxdur. Qeyd edək ki, bu filmin bir çox ölkələrdə qadağan ediləcəyi ehtimalları da çoxdur.

Nigar Hasanova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır